BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İranın və Ermənistanın müəyyən dairələri Azərbaycanın daxili siyasət məsələlərinə dair qızışdırıcı mövqe tutmağa çalışırlar”

“Azərbaycan müstəqil suveren dövlətdir. Öz daxili məsələlərimizi özümüz həll etməyimiz üçün həm iradə, təcrübəmiz həm də qətiyyətimiz var. Bu məsələdə xarici qüvvələrin, dövlətin müdaxiləsi yolverilməzdir. Vahid məktəbli forması ilə bağlı məsələ həll edilib. Cəmiyyət bunu normal qəbul edib. Məktəblərdə dərslər davam edir. Bu xüsusda İranda müəyyən dairələrin Azərbaycanın daxili işlərinə qarışacaq hərəkət etməsi mehriban qonşuluq münasibətlərinə ziddir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

Deputat təəssüflə qeyd edib ki, prosesə İranın dövlət kütləvi informasiya vasitələri də qoşulurlar: “Sanki İran daxilində bütün məsələlər həll edilib, indi də qonşu dövlətin daxili işlərini müzakirə etməyə cəhd edir... Görünən odur ki, Ermənistanda müəyyən dairələr bu məsələni ciddi müzakirəyə çeviriblər. Sanki İranın və Ermənistanın müəyyən dairələri bir mərkəzdən tapşırıq alaraq Azərbaycanın daxili siyasət məsələlərinə dair qızışdırıcı mövqe tutmağa çalışırlar. Buna etiraz edirik və heç zaman Azərbaycanın daxili məsələlərinə kənar qüvvələrin müdaxilə etməsinə imkan verməyəcəyik”.

 

Şəhanə Qədirli

Tarix: 13 Oktyabr 2026, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin