BURADA REKLAMINIZ OLA
BİLƏR

Tozsoran və soyuducularla bağlı təhlükə var: minlərlə cihaz uzaqdan idarə oluna bilər

Məişətdə istifadə olunan ağıllı cihazlardakı təhlükəsizlik boşluqları şəxsi həyatın toxunulmazlığı üçün ciddi risk yaradır. Süni intellekt üzrə mütəxəssis Sammi Azdufal 7 min robot-tozsoranın kamera və mikrofonunu məsafədən aktivləşdirə bildiyini üzə çıxarıb.

 

Fransa mediasının məlumatına görə, mühəndis 2026-cı ilin fevralında öz robot-tozsoranını oyun pultu ilə idarə etməyə çalışarkən təhlükəsizlik boşluğu aşkar edib. Bu yolla o, eyni modeldən olan minlərlə cihazı uzaqdan idarə etmək imkanının olduğunu müəyyənləşdirib.

 

Kibertəhlükəsizlik mütəxəssisi Kevin Telyenin sözlərinə görə, internetə qoşulmuş və lazımi qaydada qorunmayan soyuducular, müşahidə kameraları və digər cihazlar hakerlərin hücumuna məruz qala bilər.

 

Fransada internet provayderlərinin təqdim etdiyi modemlər, bir qayda olaraq, cihazlara internetdən birbaşa girişi məhdudlaşdırır. Lakin parolların oğurlanması təhlükəsizlik risklərini artırır.

 

Mütəxəssislər hər bir ağıllı cihaz və tətbiq üçün fərqli, güclü parollardan istifadə etməyi tövsiyə edirlər. Dünyada internetə qoşulmuş belə cihazların sayının 17 milyona çatdığı bildirilir./Azərtac

Tarix: 13 Oktyabr 2026, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin