Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ehtiyac var.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.
Deputat deyib ki, son zamanlar ölkəmizə ideoloji zəmində yönələn hibrid hücumlar milli ideologiya və ideoloji təhlükəsizlik kimi mühüm məsələləri gündəmə gətirib:
“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında bəyan etdi ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. İdeoloji risklər xüsusilə indiki dünyada, internet, kiberhücumlar və süni intellekt dövründə sərhəd tanımır. Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Yeni Azərbaycan Partiyasının yaranmasının 6-cı ildönümündə Ulu Öndər Heydər Əliyev milli ideologiyanın nədən ibarət olmasına toxunmuşdu. Bununla bağlı ilk növbədə dövlətçiliyi qeyd etmişdi. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq, müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Gərək hər bir vətəndaş öz vətəninə, millətinə, xalqına və ana dilinə görə milli qürur hissi keçirsin, azərbaycanlı olması ilə fəxr etsin.
İkincisi, milli-mənəvi dəyərlər qeyd olunmuşdu. Xalqımızın milli-mənəvi dəyərlərinin ən əsası müqəddəs kitabımız Qurani-Kərimdə öz əksini tapıb. Bununla yanaşı, Azərbaycanın mütəfəkkir və mütərəqqi insanları, böyük şəxsiyyətləri xalqımızın milli-mənəvi dəyərlərini formalaşdırıblar. Bunlar bizim adət-ənənələrimiz, ana dilimiz – Azərbaycan dili və dinimizdir.
Amma eyni zamanda, biz imkan verməməliyik ki, dindən şəxsi məqsədlər üçün istifadə edilsin. Dinin öz şəxsi məqsədləri naminə istifadə etmək istəyən ayrı-ayrı şəxslərin əlinə keçməsinə imkan verilməməlidir.
Nəhayət, milli ideologiyamızın bir qolu da ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlər, ilk növbədə, qəbul etdiyimiz Konstitusiyada əsas məqsəd kimi öz əksini tapıb. Biz hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıb.
Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını azərbaycançılıq təşkil edir. Dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlər – bunların hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, genişləndirmək, inkişaf etdirmək, insanlara başa salmaqdır. Güman edirəm ki, alimlərimiz və tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər. Məhz bu məqsədlə hesab edirəm ki, ölkəmizdə Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ehtiyac var. Əminəm ki, belə bir institut milli ideologiyanın məzmununun zənginləşməsinə mühüm töhfə verə bilər”./APA
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
Ən son xəbərləri səhifəmizdən də izləyin