BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Bir cüdoçu üzgüçülük hovuzunda cüdo paltarı ilə üzə bilər?”

Suraxanı Rayon İcra Hakimiyyətinin başısı Adil Əliyevin rayonda vahid məktəbli formasından narazı olanlarla görüşü zamanı dedikləri sosial şəbəkələrdə gündəm olub.

 

Pravda.az xəbər verir ki, icra başçısı ona “Mən bu dəqiqə sinifdə olmalıyam, şagirdlərə dərs deməliyəm” deyən hicablı müəllimə “Siz yoxsunuz, məktəbdə dərs də deyilir” cavabını verib.

 

A.Əliyev məktəblərlə bağlı narahatlığa əsas olmadığını bildirib: “Hər bir halımıza şükür etməliyik. Narahat olmayın, məktəblərdə tədris davam edir. Siz çalışmasanız, işləməsəniz, sizin əvəzinizə digər müəllimlər dərs keçəcək. Bu gün bir cüdoçu gedib üzgüçülük hovuzunda cüdo paltarı ilə üzə bilər? Üzə bilməz. Ay müəllimə, siz örnək olmalısınız. Yan təsirlərə dəstək vermək lazım deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Oktyabr 2026, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin