BURADA REKLAMINIZ OLA
BİLƏR

Ayaz Salayev və Röya Ayxan barışdı

Bir müddət əvvəl aralarında qalmaqal yaşanan “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanla bir araya gəlib.

 

Onlar “44” bədii filminin qala gecəsində görüşüblər. Həmin anları prodüser Tarix Əliyev sosial şəbəkədə paylaşıb. Onlar aralarındakı incikliyə son qoyduqlarını bildirblər.

 

Qeyd edək ki, R. Ayxanla A.Salayev arasında Kann Film Festivalı ərəfəsində qalmaqal yaşanmışdı. Belə ki, müğənninin festivala yollanması ilə bağlı açıqlama verən Salayev hər kəsin ora gedə biləcəyini bildirmişdi. Bu sözlər Röyanın narazılığına səbəb olmuş, sənətçi məsələ ilə bağlı sərt açıqlama vermişdi./Axşam.az

 

Tarix: 13 Oktyabr 2026, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin