BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paylaşılan təxribat xarakterli məlumatlar Türkiyənin rəsmi mediasının mövqeyini əks etdirə bilməz” - RƏY

“Hər bir dövlətin təhsil institutunun geyim forması ilə bağlı çıxardığı qərar onun daxili işidir və dünyanın müxtəlif ölkələrində də, hətta universitetlərdə də belə müxtəlif institutların öz daxili əsasnaməsi ilə çıxardığı formalar mövcuddur. Bütünlükdə vahid geyim forması nizam-intizamı, özündə səliqəni əks etdirirsə, təbii ki, onlar ancaq proqressiv inkişafı şərtləndirir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov deyib.

O bildirib ki, qardaş Türkiyə mediası çoxsahəlidir, orada geniş media strukturu var: “Paylaşılan təxribat xarakterli məlumatlar qardaş Türkiyənin rəsmi mediasının mövqeyini əks etdirə bilməz. Rəsmi elə məlumatlara rast gəlməmişəm. Türkiyədə də müxtəlif bəzən qatı dini yönümlü xəbər saytları, rəhbərləri var. Bu onların fikrindən, onların hansısa Türkiyədən kənar xarici qüvvələrin təsir və baxış bucaqları altında qaynaqlanıb, yayımlana bilər. Ancaq bunu biz qətiyyən Türkiyə mediasının mövqeyi kimi təqdim edilməsini istəmərik. O cür də görmürük”.

 

Şəhanə Qədirli

Tarix: 13 Oktyabr 2026, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin