BURADA REKLAMINIZ OLA
BİLƏR

"Anamın dəfninə getmək içimdən gəlmədi"

Türkiyəli şoumen Mehmet Əli Ərbil anası Yurdagül Ekenin dəfninə qatılmamasından danışıb.

 

Şoumen dəfnə qatılmaq əvəzinə canlı yayım açmasına belə aydınlıq gətirib:

 

"Anama haqqımı halal etdim. Dəfnə getmədim. Getmək içimdən gəlmədi. Bu, uşaqlığımdan bu günə qədər içimdə qalan bir nisgil oldu. Buna baxmayaraq, övladlıq borcumu sonuna qədər yerinə yetirdim. Anama, hətta ögey atama da pensiya düzəltdirdim. Mənə bu qədər əzab verən adama belə...

 

Anamı sevə bilmədim. İçimdən elə hisslər qopub getdi ki, onu heç cür sevə bilmədim! Bizi ögey atamızın qarşısında əzdirdiyinə görə!"./Axşam.az

Tarix: 13 Oktyabr 2026, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin