BURADA REKLAMINIZ OLA
BİLƏR

Əvvəlki iş yerlərinə dair arayışi belə əldə etmək mümkündür - YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əvvəlki iş yerlərinə dair arayışın əldə olunması funksionallığı yaradılıb.

 

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yeni funksionallıq vasitəsilə işçilər əmək müqavilələrinə xitam verilməsi barədə məlumatları əks etdirən arayışı elektron qaydada əldə edə bilərlər.

 

Arayışı əldə etmək üçün ƏMAS-ın “Arayışların əldə edilməsi” bölməsində müvafiq arayış növünü seçmək kifayətdir.

 

Yenilik vətəndaşların əvvəlki əmək fəaliyyətlərinə dair məlumatları elektron mühitdə daha əlçatan edir.

Tarix: 13 Oktyabr 2026, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin