Bir çox insana həyatında ən azı bir dəfə “Barmaqlarını çırtlatma, oynaqlarında iltihab yaranacaq!” deyilib. Bu xəbərdarlıqdan sonra barmaqlarını çırtlatdıqda insan özünü günahkar hiss edə bilər. Halbuki bu hərəkət bir çox insana rahatlıq verir və çıxan səs qəribə də olsa, məmnunedici təsir bağışlayır. Bəs barmaqları çırtlatmağın həqiqətən oynaq iltihabına səbəb olduğu fikri elmi cəhətdən doğrudurmu?
Barmaqlar çırtladıqda nə baş verir?
Pravda.az bildirir ki, revmatoloq Ceyson Libovitsin izahına görə, barmaq oynaqlarından gələn səs oynaqlarda yerləşən sinovial mayedəki qaz qabarcıqları ilə əlaqədardır. Sinovial maye oynaqların sürüşkənliyini təmin edən təbii maddədir. O, oynaqların rahat hərəkət etməsinə kömək edir və qığırdaqların aşınmadan qorunmasında mühüm rol oynayır.
Barmaqları çırtlatdıqda oynaq daxilində təzyiq dəyişir və nəticədə mayedə qaz qabarcıqları yaranır. Əvvəllər alimlər çırtlama səsinin bu qabarcıqların partlaması və ya çökməsi nəticəsində yarandığını düşünürdülər. Lakin daha yeni araşdırmalar səsin qabarcıqların əmələ gəlməsi ilə bağlı ola biləcəyini göstərir.
Yəqin ki, barmağınızı çırtlatdıqdan dərhal sonra eyni hərəkəti təkrar edə bilmədiyinizi müşahidə etmisiniz. Bunun da bioloji səbəbi var. Doktor İzieqbe Ehiorobonun sözlərinə görə, oynaq daxilində yaranan boşluqların və qaz qabarcıqlarının əvvəlki vəziyyətinə qayıtması təxminən 20 dəqiqə çəkə bilər. Buna görə də eyni barmağı yenidən çırtlatmaq üçün bir müddət gözləmək lazım gəlir.
Barmaq çırtlatmaq oynaq iltihabına səbəb olurmu?
C.Libovits bildirir ki, barmaqları çırtlatmaqla artrit, yəni oynaqların iltihablı və ya zədələnmələrlə müşayiət olunan xəstəlikləri arasında birbaşa əlaqəni sübut edən elmi dəlil yoxdur.
İllər ərzində aparılmış müxtəlif tədqiqatlarda barmaq çırtlatmağın artritə səbəb olduğu təsdiqlənməyib. Bu fikri yoxlamaq üçün həkim Donald Unger öz üzərində maraqlı bir təcrübə də aparıb. O, 50 ildən artıq müddət ərzində sol əlindəki barmaqları gündə ən azı iki dəfə çırtladıb, sağ əlində isə bunu etməyib. Təcrübənin sonunda hər iki əlini müqayisə etdikdə oynaqlarda iltihab aşkar etməyib və iki əl arasında nəzərəçarpan fərq görməyib.
Bu təcrübə təkbaşına qəti elmi sübut sayılmasa da, digər araşdırmalarla birlikdə barmaq çırtlatmağın artrit riskini artırdığı fikrini dəstəkləmir. Bununla belə, bu vərdişlə bağlı yayılmış qorxunun haradan qaynaqlandığı dəqiq məlum deyil.
Barmaq çırtlatmağın başqa zərərləri varmı?
Barmaqları çırtlatmağın artritə səbəb olduğuna dair sübut olmasa da, bu hərəkətin həddindən artıq güclə edilməsi müəyyən risklər yarada bilər.
Revmatologiya üzrə mütəxəssis həkim Skott Zashin bildirir ki, barmaq çırtlatmaq nadir hallarda vətərlərə zərər verə bilər. Vətərlər əzələləri sümüklərə birləşdirən toxumalardır. Harvard Health Publishing də barmaq oynaqlarının həddindən artıq güclə çırtladılması nəticəsində yaranan nadir zədələnmə halları barədə məlumat verir.
1990-cı ildə aparılmış bir araşdırmada bu vərdişin əllərdə şişkinlik və tutma gücünün azalması ilə əlaqəli ola biləcəyi göstərilib. Lakin belə mənfi təsirlərin nadir olduğu bildirilir.
Mütəxəssislərin diqqət çəkdiyi digər məsələ vərdişin psixoloji tərəfidir. Bəzi insanlar barmaqlarını çırtlatdıqdan sonra qısa müddətə rahatlıq hiss edirlər. Bu, oynaqda gərginlik hissinin onları narahat etməsi ilə bağlı ola bilər. İnsan rahatlamaq üçün təkrar-təkrar eyni hərəkəti etdikdə isə bu, tərgitməkdə çətinlik çəkdiyi vərdişə çevrilə bilər.
Həkimlər barmaq çırtlatmağın oynaqlar üçün xüsusi faydası olduğunu təsdiqləyən elmi sübutun da olmadığını vurğulayırlar. Bu hərəkət bəzi insanlara rahatlıq verə və stressin öhdəsindən gəlməyə kömək edə bilər, lakin oynaqların sağlamlığını yaxşılaşdırdığı göstərilməyib.
Bəs oynaq iltihabı nədən yaranır?
Artritin müxtəlif növləri və səbəbləri var. Ən çox rast gəlinən növlərdən biri osteoartritdir. Bu xəstəlik zamanı oynaqlardakı qığırdaq tədricən zədələnir və nazilir. Nəticədə oynaq aralığı darala, ağrı və hərəkət məhdudluğu yarana bilər. Ağrılar xüsusilə hərəkət zamanı hiss edilə bilər.
Digər artrit növləri isə müxtəlif səbəblərdən meydana gəlir. Məsələn, revmatoid artrit və psoriatik artrit kimi xəstəliklər immun sisteminin fəaliyyəti ilə əlaqədardır. Podaqra zamanı oynaqlarda sidik turşusu kristalları toplana bilər. Bəzi oynaq iltihabları infeksiyalar, müəyyən dərmanlar və digər sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Genetik amillər də rol oynaya bilər. Bəzi oynaq xəstəlikləri irsi xüsusiyyətlərlə və kollagen genlərindəki dəyişikliklərlə əlaqəlidir. Bununla belə, oynaq xəstəliklərinin yaranmasını yalnız genlərlə izah etmək mümkün deyil. Ətraf mühit, fiziki fəaliyyət və digər fərdi amillər də təsir göstərə bilər.
Əminə Bayramova
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
Ən son xəbərləri səhifəmizdən də izləyin