“Son vaxtlar Türkiyənin media məkanında, eləcə də sosial şəbəkələrində Azərbaycana qarşı həqiqəti əks etdirməyən fikirlərin, yanaşmaların və böhtan xarakterli məlumatların şahidi oluruq. Önəmli məqamlardan biri ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası arasında tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və Türkiyə xalqları dərin, sıx qardaşlıq və dostluq münasibətlərinə malikdir. Azərbaycan bütün bu amilləri nəzərə alaraq proseslərə hər zaman səbirlə yanaşıb. Bu istiqamətdə siyasi iradə nümayiş etdirmişik ki, münasibətlərimizi hansısa maraq qruplarının düşünülməmiş addımlarının qurbanına çevirməyək. Lakin təəssüflər olsun ki, son vaxtlar Azərbaycana qarşı yönələn aqressiv xəttin şahidi oluruq. Proseslər sanki sistemli və ardıcıl şəkildə baş verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, daha çox təəssüfləndirən məqam ondan ibarətdir ki, Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan Oqtay Saral, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının bir sıra millət vəkilləri Azərbaycanı hədəf götürərək ölkəmizə qarşı yolverilməz ifadələr səsləndiriblər: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər Azərbaycanın digər dövlətlərlə münasibətlərindən təsirlənməməlidir. Azərbaycan-İsrail münasibətləri məqsədli şəkildə təhrif olunur. Azərbaycanın İsraillə qurduğu münasibətlər beynəlxalq hüquq çərçivəsində dövlətlərarası münasibətlər prinsiplərinə əsaslanır. Fələstin məsələsinə gəldikdə isə biz hər zaman aydın mövqe ortaya qoymuşuq. Paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyirik. Azərbaycan öz əməli fəaliyyəti ilə humanitar siyasət yürüdür. Qəzzada baş verən hadisələrlə bağlı heç zaman fərqli mövqe sərgiləməmişik. Mülki əhalinin müdafiəsi istiqamətində addımlar atmışıq. Azərbaycan İslam dünyası ilə münasibətlərini hər hansı siyasi konyunkturanın təsiri altında deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsipləri əsasında qurur. 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə Görüşünün keçirilməsinin nəzərdə tutulması da ölkəmizə göstərilən beynəlxalq etimaddan xəbər verir. İslamın təməl prinsipləri bəllidir. Ədalət, bərabərlik, qarşılıqlı hörmət və həmrəylik bu prinsiplərin başlıca xüsusiyyətləridir. Azərbaycan bütün bunları nəzərə alır və öz fəaliyyətində tətbiq edir”.
Politoloq bildirib ki, heç bir dövlətin iradəsi başqa bir dövlətin iradəsinə təsir göstərməməli, heç bir dövlət öz iradəsini digər dövlətə diktə etməməlidir: “Bu, heç bir dövlətə özünü digərlərindən üstün mövqedə görmək hüququ vermir. Bu gün biz müsəlman dünyasının birliyinə xidmət etməliyik. Hegemonluq meyillərini deyil, bərabərhüquqlu əməkdaşlığı və qarşılıqlı ehtiramı əsas tutmalıyıq. Azərbaycan tarix boyu imperializmə və müstəmləkəçiliyə qarşı çıxıb. Bu gün də bizim mövqeyimiz dəyişməzdir. Azərbaycan dünyəvi dövlətdir. Dini etiqad azadlığı Azərbaycan Konstitusiyası ilə təmin olunur. Bütün dinlərin nümayəndələrinə qarşı bərabər münasibət mövcuddur. Dünyəvilik və qanunun aliliyi hər bir vətəndaş üçün bərabər imkanlar yaradır. Elə Türkiyə Respublikasının Konstitusiyası da dünyəviliyi təsbit edir. Bu baxımdan Azərbaycanın dünyəvi dövlət quruluşu və təhsil siyasəti heç bir halda siyasi manipulyasiya predmetinə çevrilməməlidir. Azərbaycan buna icazə vermir. Bu gün Türkiyənin özündə dini və dünyəvi dəyərlər ətrafında aparılan siyasi müzakirələr cəmiyyətdə parçalanma yaradır. Baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi müsəlman dünyasının həmrəyliyinə zərər verəcək. AKP iqtidarını bu cür yanlış addımlardan çəkinməyə səsləyirik. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin şəxsiyyətinə qarşı yönələn böhtan, təhqir və iftira xarakterli fikirləri heç bir halda qəbul etmir, hər bir halda qətiyyətlə pisləyirik. Bu, haqlı olaraq bizdə hiddət doğurur. Azərbaycan-Türkiyə münasibətləri Emummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etməlidir. Bu fikrin mahiyyəti təhrif edilməməlidir. Bir millət, iki müstəqil dövlət anlayışı düzgün başa düşülməlidir. Heç bir halda bir dövlətin digər dövlətin daxili işlərinə müdaxiləsindən söhbət gedə bilməz. Bir dövlət digər dövlətə öz siyasi və ideoloji görüşlərini qəbul etdirməyə çalışmamalıdır. Biz əsrlər boyu müstəqil yaşamaq uğrunda qurbanlar vermiş, dövlətçiliyimizi bərpa etmişik. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür. Azərbaycan vətəndaşları suveren dövlətdə yaşayırlar. Bu baxımdan Ədalət və İnkişaf Partiyasının yüksək vəzifəli şəxsləri siyasi məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikasının suverenliyinə, ölkəmizin konstitusiya quruluşuna və daxili işlərinə hər kəs hörmət nümayiş etdirməlidir. Bu baxımdan Türkiyənin siyasi dairələri məsuliyyətsiz açıqlamalardan uzaq durmalıdırlar”.
Şəhanə Qədirli
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
Ən son xəbərləri səhifəmizdən də izləyin