BURADA REKLAMINIZ OLA
BİLƏR

Ayaz Salayev: “Cəmiyyət daxilində gedən proseslər indi üzə çıxır”

“Hazırda hicab mövzusu dərin mübahisələrin təzahürüdür. Azərbaycan, ölkəmiz hansı yolla gedəcək? Çünki biz Şərq və Qərb arasındayıq. Uzun illər, milli ideyamız var idi, bu ideyanın adı Qarabağ idi. İndi o həll olunub”.

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev vahid geyim forması və hicab ətrafında gedən mübahisələr barədə danışarkən deyib.

 

O, hazırda yeni bir milli ideyanın formalaşdığını bildirib: “Məktəblərdə rus bölməsi ilə bağlı dediklərim müzakirələrə səbəb olmuşdu. Bunların hamısı bir prosesin məsələsidir: rus bölməsi, hicab... Fikir verin, hər ikisi də orta təhsillə, uşaqlarla, gələcəklə bağlıdır. Söhbət ondan gedir ki, məktəbə gedən uşaqlar gələcəkdə kim olacaq, hansı istiqamətlə gedəcək? Biz uzun illər ərzində fikirlərimizi düşmənlərə tərəf, xaricə, ikili standartlar, Qarabağın işğalı və s. yönəltmişik. Ancaq həmin vaxtda cəmiyyətin içində müəyyən proseslər gedirdi. Cəmiyyət daxilində gedən proseslər indi üzə çıxır”.

 

Şəhanə Qədirli

Tarix: 14 Oktyabr 2026, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin