BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağ Evin mətbuat katibi ilk iş günündə ərini Trampla səhv salıb - VİDEO

Ağ Evin yeni mətbuat katibi Keyti Zakariya işinin ilk günündə həyat yoldaşını ABŞ Prezidenti Donald Trampla səhv salıb.

 

Bu barədə "RİA Novosti" məlumat yayıb.

 

Brifinq zamanı Zakariyadan gərgin iş qrafikini uşaqlarının tərbiyəsi ilə necə uzlaşdıracağı soruşulub. O, ailəsinin onun üçün əsas prioritet olaraq qaldığını bildirib.

 

"Prezidentim... Bağışlayın, ərim. Yaxşı alındı. O, zaldakıların arasında oturub", - deyə Zakariya dilinin sürüşməsinə özü də gülüb.

 

Mətbuat katibinin sözlərinə görə, həyat yoldaşı Kaliforniyadan Vaşinqtona gəlib. Zakariya ailəsinin də paytaxta köçməyi planlaşdırdığını əlavə edib.

 

Zakariya kino prodüseri Tayler Zakariya ilə evlidir. Cütlüyün üç oğlu və bir qızı var.

 

Tramp oktyabrın 10-da Keyti Zakariyanın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunduğunu açıqlayıb. Onun sələfi Kerolayn Levitt ikinci övladını dünyaya gətirdikdən və ailəsi ilə daha çox vaxt keçirmək istədikdən sonra vəzifəsindən ayrılıb.

 

Oxu.az

 

Tarix: 14 Oktyabr 2026, 06:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin