BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.

 

Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.

Tarix: 14 Oktyabr 2026, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin