BURADA REKLAMINIZ OLA
BİLƏR

Nigar Əliyeva bu qurumda departament rəhbəri təyin edildi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.

 

Məlumata görə, Nigar Əliyeva İdarənin Tədbirlər və ictimai əlaqələr departamentinin rəhbəri təyin edilib.

 

Bundan əvvəl həmin departament İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsi adlanırdı. Həmin şöbənin müdiri isə Bəyaz Sadıxova idi.

 

Qeyd edək ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda dəyişiklik edilib. İdarənin şöbələri departamentə çevrilib./Unikal

Tarix: 14 Oktyabr 2026, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin