BURADA REKLAMINIZ OLA
BİLƏR

Yenidoğulmuş körpənin ölümündə günahlandırılan həkim qərardan şikayətçidir

Yenidoğulmuş körpənin ölümündə təqsirləndirilən həkim Könül Xudadatovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Proses oktyabrın 15-nə təyin edilib.

 

Qeyd: Könül Xudadatovanın barəsində Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-Ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

İttihama görə, ki, hadisə 2023-cü ilin iyul ayında Saatlı Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. O zaman xəstəxananın Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləyən K.Xudadatova doğuş prosesində iştirak edib. Lakin o, doğuşdan əvvəl proseduru düzgün həyata keçirməyib və doğuş vaxtı körpənin zədələnməsinə səbəb olub. Nəticədə yenidoğulmuş qız uşağı bir gün sonra vəfat edib.

 

K.Xudadatova ölüm hadisəsində hər hansı günahının olmadığını bildirərək bəraət istəyib.

 

Həmçinin məlum olub ki, bu hadisədən sonra K.Xudadatova sosial mediada xəstəxananın baş həkimini günahlandıraraq körpənin oksigen balonuna qoşulmasına imkan vermədiyini deyib. Bundan sonra işdən çıxarılan şöbə müdiri fəaliyyətini Tovuz Rayon Mərkəzi Xəstəxanasında həkim kimi davam etdirib.

 

Saatlı Rayon Məhkəməsinin hökmü ilə 1984-cü il təvəllüdlü K.Xudadatovaya 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb.

 

K.Xudadatovanın əlavə cəza kimi 1 il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququ da qadağan edilib.

 

Kamal Məmmədov

Tarix: 14 Oktyabr 2026, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin