BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs qərardan narazıdır

Tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Habil Qonşəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 15-nə təyin edilib

 

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Hadisə 2024-cü il fevralın 4-də Sumqayıtda baş verib. Habil Qonşəliyev və Rüfət Abdullayev arasında mübahisə baş verib. Mübahisə nəticəsində Habil Qonşəliyev yumruq və təpiklə Rüfət Abdullayevə xəsarətlər yetirib. Rüfət Abdullayev aldığı xəsarətlərdən ölüb.

 

Ona Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 235.4.3-cü (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Qonşəliyev 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmədə keçirilən prosesdə kassasiya şikayətinin geri götürüldüyü bildirilib.

 

Kamal Məmmədov

Tarix: 14 Oktyabr 2026, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin