İlahiyyatçı Tural İrfan vahid məktəbli forması ilə bağlı qərar fonunda hicablılara parik taxmalarının tövsiyə edilməsinin etirazla qarşılanmasına münasibət bildirib.
İlahiyyatçı Pravda.az-a açıqlamasında deyib ki, parik də saç hökmündədir və süni şəkildə saçları uzatmaq üçün metodlar da var.
Onun sözlərinə görə, həm uzadılmış saçlar, həm də qadın parikləri saç hökmündədir, buna görə onlar da örtülməlidir: “Lakin ümumiyyətlə parikdən istifadə edilib-edilməməsi məsələsi ixtilaflıdır. Bəzi İslam alimləri istənilən zaman, bəziləri isə yalnız müxtəlif xəstəliklər zamanı, yəni zərurət halında parikdən istifadəyə icazə verirlər. Ancaq parikin məqbul hesab edilməməsi buna görədir ki, insanın özünü Allahın yaratdığı görkəmdən başqa bir görkəmə salması icazəli deyil. Necə ki indi insanlar burunlarını estetik əməliyyat etdirirlər, əməliyyatla müxtəlif əzalarının formasını dəyişirlər. Bu isə daha şiddətli haramdır. Parik müvəqqəti bir haldır və müəyyən yerlərdə istifadə olunur. Təbii ki, parik hicabı əvəz etmir. İndiki bəzi mühazifəkar ruhanilər hicabı yanlış anladırlar. Ölkəmizdə də çox təəssüf ki, xaricdə təhsil alanlar gəlib həmin ölkələrin radikal, yaxud siyasiləşmiş dini cərəyanlarını yayıblar. Buna görə də sanki Azərbaycanda beş-altı ölkənin İslam modeli var. Bunlar da toqquşduğu üçün ziddiyyətlər yaranır. Halbuki İslamın mahiyyətinə baxanda hicab şərtə bağlıdır. Həmin ölkələrdə hələ də mədəniyyət inkişaf etməyib, qadın üçün təhlükə var. İstər İranda, istərsə də ərəb ölkələrində. Həmin ölkələrdə hicab vacibdir, dediyimiz kimi, çünki qadına təhlükə var. Qadın yola çıxa, yaxud gecə harasa gedə bilməz. Bu dəqiqə Əfqanıstanda dəhşətli mənzərə var. Bax belə ölkələrdə hicab azyaşlı uşaqlara vacibdir. Azərbaycanda üçüncü-beşinci sinif şagirdləri üçün hansı təhlükə var ki, məktəbdə həmin təhlükə ilə qarşılaşa bilərlər və onlara hicab vacib olsun? İnsanlara düzgün anlatmırlar. Hərə öz siyasi marağını həyata keçirmək üçün hicabı yanlış təbliğ edir. Hökmlər və qaydalar İslamda şərtlərə bağlıdır. Zaman və zəminə görə dəyişə bilir. Soyuq vaxtı kimsə çölə açıq köynəkdə çıxa bilər? Deməli, bu adam geyinməli, örtünməli, başını da bağlamalıdır. Uşaqlar da həmçinin təhlükə, soyğunçuluq varsa, örtünməlidirlər ki, qorunsunlar. Şükür Allaha, müasir dövrdə, xüsusilə, Azərbaycanda belə hallar axı yoxdur. İranda heç dövlətin öz tərbiyəsi yoxdur ki, xalqına da tərbiyə versin. Orada vəhşi bir cəmiyyət hökm sürür. Buna görə də İranda heyvana təcavüzdən tutmuş hansı murdar mənzərələrin desəniz, şahidi olmaq olar. Əfqanıstanda qadınları hələ də bazarlarda satırlar. Bu şəraitdə, təbii ki, hicab vacibdir. Məktəb ocağında isə hicabı uşaqlara bu qədər təkid etmək yanlışdır. Vacibliyini qəbul edirlərsə belə, şəriət hüququna görə, zərurət halında haramlar halala çevrilə bilər. Məsələn, donuz əti haramdır, amma ölməmək üçün məcbur qaldıqda ondan yemək caiz, yəni icazəlidir. Məktəbdə uşaqlara hicab icazə verilmirsə, beş-altı saat dərs zamanı hicabdan istifadə etməməyin heç bir günahı yoxdur. İslam şəriətində hökmlərin çıxarılma metodologiyası var və buna ikinci dərəcəli hökmlər deyirlər. Birinci dərəcəli hökmlərə əsasən, hicab qətiyyətlə vacibdir. İkinci dərəcəli hökmlərə görə isə, cəmiyyətdə fəsadlar, parçalanma yarana bilərsə, bunlar nəzərə alınır. Cəmiyyətdə parçalanma yaratmaq, ixtişaşlara səbəb olmaq, çaxnaşma yaratmaq haramdır. O qədər yanlış təbliğat gedir, indi desək də, dediklərimiz etiraz yaradar, deyərlər ki, dini düzgün anlatmırsan, belə deyil. İnsanlar Azərbaycanda İran mollaları tərəfindən xurafata, mövhumata o qədər inandırılıblar ki, artıq biz həqiqi İslamdan danışanda bizə xor baxırlar. Məhəmməd Peyğəmbərin həyatında bu kimi hallara yüzlərlə nümunə çəkmək olar. Zaman və zəminə görə, hətta Peyğəmbərimiz özü belə vacib buyurduğu əməlləri təxirə salıb. Yaxud zaman və zəmin yaranana qədər həmin işi görməyib. Buna görə də zərurət halında parikdən istifadə etməyə heç bir problem yoxdur. Başqa əcaib çıxış yolları tapmağa da gərək yoxdur. Bu da siyasi etirazın bir nümunəsidir. Halbuki söhbət başqa şeydən gedir. Şəriət baxımından izah edirik. Məktəb qeyri-ənənəvi yer deyil. Orta məktəb hansısa bədnam hadisə, nalayiq işlərin baş verə biləcəyi yer deyil ki, o dərəcədə məktəblilər hicaba təhrik edilsinlər”.
Aytəkin Qardaşova
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
Ən son xəbərləri səhifəmizdən də izləyin