BURADA REKLAMINIZ OLA
BİLƏR

Gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxs kassasiya şikayəti verdi

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Hadisə 2025-ci ilin noyabr ayında paytaxt ərazisində baş verib.

 

İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisəyə görə onu döyərək, müxtəlif bədən xəsarətləri yetirib.

 

C.Çələbiyeva bununla bağlı polisə şikayət edib. S.Həsənov saxlanılıb.

 

Daha sonra S.Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində C.Çələbiyevanın lazeroloq kimi çalışdığı Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gözəllik salonuna gələrək, kəsici-deşici alətlə ona müxtəlif xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan C.Çələbiyevanı xilas etmək mümkün olub.

 

Təqsirləndirilən S.Həsənov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 14 Oktyabr 2026, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin