BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukrayna ordusu yüzlərlə uşaq qatili erməni separatçını məhv edib - VİDEO

Davam edən Rusiya-Ukrayna müharibəsi zamanı Qarabağdan qaçaraq Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan 450 separatçı məhv edilib, daha 60 nəfərin taleyi barədə heç bir məlumat yoxdur.

 

Bu barədə erməni jurnalist Roman Baqdasaryan yazıb.

 

Baqdasaryan bildirib ki, separatçılar Rusiya ordusunun cərgələrində öz uşaqlarını böyütmək naminə ukraynalı uşaqları öldürürlər. Onların "verbovka"sında "qarabağlı" generallar iştirak ediblər. R.Baqdasaryan həmçinin separatçıların Ukrayna hərbçiləri tərəfindən məhv edilməsinə dair kadr da paylaşıb. Həmin görüntülərdə öldürülən separatçının üzərindən çıxan bez parçası da öz əksini tapıb.

 

Qeyd edək ki, Azərbaycanın öz torpaqlarında separatçılığa son qoymasından sonra Qarabağda bir çoxu muzdlu əsasla "vuruşan" erməni separatçıları yollarını Rusiyadan salıblar. Onların Rusiya ordusuna cəlb olunması ilə bağlı bu ölkənin kütləvi informasiya vasitələrində dəfələrlə materiallar tirajlanıb./Oxu.Az

Tarix: 14 Oktyabr 2026, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin