BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank açıqladı: Bu tariflər vətəndaşlara bilavasitə şamil olunmur

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır.

 

Bu barədə məlumatı AMB yayıb.

 

Bildirilib ki, komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq, son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur.

 

Xatırladaq ki, AMB-nin İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.

Tarix: 14 Oktyabr 2026, 13:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin