BURADA REKLAMINIZ OLA
BİLƏR

Ürək transplantasiyası olunan Rəşad Məmmədəliyev niyə vəfat edib?

Ötən il Qafqaz regionunda ilk dəfə Azərbaycanda meyit donorun ürəyi köçürülən Tovuz sakini 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyevin vəfat xəbəri insanlar arasında orqan transpalnatasiyası ilə bağlı narahatlıqları artırıb. İnsanlar bildirirlər ki, dünyada meyitdən donorun orqan transplantasiyası uğurla həyata keçilsə də, Azərbaycan səhiyyəsi hələ buna hazır deyil, təcrübə özünü doğrultmadı.

 

Bununla bağlı Pravda.az-ın suallarını cavablandıran tanınmış mütəxəssis-kardioloq Emil Hasilov Rəşad Məmmədəliyevin ölümü ilə bağlı səbəbləri açıqlayıb.

 

Card image cap

 

Həkim xatırladıb ki, mərhum Rəşad Məmmədəliyevin orqan transplantasiyası Mərkəzi Klinikada həyata keçirilib: “Həkimlərdən son aldığım məlumata görə, pasiyent dərman qəbulunu dayandırıb. Ürək, böyrək, ümumiyyətlə orqan transplantasiyası olan bütün xəstələr uzun müddət, demək olar, ömür boyu immunosuppressiv dərmanlar qəbul edirlər. Çünki həmin dərmanlar köçürülən orqanın bədəndə yad cisim kimi görünməsinin qarşısını alır və bədənin həmin orqanı qəbul etməsini təmin edir. Bizim orqanizmimiz, immun sistemimiz elədir ki, bədənimizə yad orqan, yaxud cisim düşəndə immun sistemi onu kənarlaşdırmağa çalışır. Bu, bədənin reaksiyasıdır. Köçürülən ürək də başqa insan ürəyidir. Transplantasiya olunan ürəklə orqan donor arasında nə qədər uyğunluq olsa da, dərman qəbul edilir ki, həmin köçürülən orqan rejeksiya olmasın, yəni bədən onu yad cisim kimi qəbul etməsin. Aldığım məlumata görə, Rəşad Məmmədəliyevin valideynləri bildiriblər ki, gənc pasiyent həmin dərmanları qəbul etməyi dayandırıb. Sonra isə kəskin rejeksiyaya girib, çox dərman qəbul etdiyinə görə psixoloji  depressiyaya düşüb. Orqan köçürülmə əməliyyatlarından sonra bu hallar xəstələrdə olur. Təəssüf ki, həkimlərinin dediklərinə əsasən, dərmanları dayandırdığına görə belə hal baş verib. Allah rəhmət eləsin".

 

Aytəkin Qardaşova

Tarix: 14 Oktyabr 2026, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin