BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarovdan hicab məsələsi ilə bağlı təklif: “Təhsillərinə evdən davam etsinlər”

“Baş verənlər xoşagəlməz hadisələr, nizam-intizamı pozmaq, pəncərələri sındırmaq, şüşələrə daş atmaq qəbuledilməzdir. Bu, ciddiliklə həll edilməlidir, xüsusi orqanlar məşğul olmalıdırlar ki, kim bunları törədir və ya kim arxasında dayanır. Din, dindarlıq həssas, incə məsələdir. O qədər də asan məsələ deyil. Onu gərək ölçüb-biçib fikirləşəsən ki, bu məsələni necə aradan qaldırmaq lazımdır. Məsələni həll etmək üçün kompromis yol tapmaq lazımdır. Şəxsi fikrimdir ki, Azərbaycanda məktəblərdə vaxtilə evdən oxumaq məsələsi var idi. Covid pandemiyası zamanı şagirdlər məktəbə getmirdilər, təhsillərinə evdən davam edirdilər. Belə bir hansısa proqramı təqdim etmək olar. Yəni əsas söhbət budur, hansısa yol ilə bunu aradan qaldırmaq olsun”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

E.Məmmədyarov bildirib ki, həyata keçirilən təxribata cəhdlər Azərbaycanın daxili işlərinə müdaxilə hesab olunur: “Xüsusi orqanlar tərəfindən hansı qüvvələrin, ölkələrin arxada dayandığı araşdırılıb onlara qarşı ciddi danışıqlar aparılmalıdır ki, bu, aradan qaldırılsın. Daxili işlərə qarışmaq olmaz. Bunun qarşısını almaq üçün xüsusi orqanlar var və onların işi də bundan ibarətdir ki, araşdırsınlar və aradan qaldırsınlar. Baş verənlər isə düşünmürəm ki, Azərbaycan və Türkiyə münasibətlərinə zərər gətirsin. İki ölkə arasında o qədər dərin əlaqələr mövcuddur ki, inanmıram ki, baş verənlər münasibətləri pozsun”.

 

Şəhanə Qədirli

Tarix: 14 Oktyabr 2026, 14:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin