BURADA REKLAMINIZ OLA
BİLƏR

Ordumuzda NATO-nun qiymətləndirmə təlimi keçirilir - FOTO

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb.

 

Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin Əməliyyat İmkanları Konsepsiyası üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.

Fotoları təqdim edirik
Tarix: 14 Oktyabr 2026, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin