BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Rzayevin vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

 

Məlumata görə, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

 

Z.Rzayevin ailəsi açıqlamasında ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:

 

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir”.

 

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib./Axşam.az

Tarix: 14 Oktyabr 2026, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin