BURADA REKLAMINIZ OLA
BİLƏR

“TikTok”da boy fərqi ilə tanınan cütlüyün biri vəfat edib - FOTO

"TikTok"da özündən xeyli qısa boylu bir kişi ilə münasibəti sayəsində məşhurlaşan çinli bloqçu Syao Yue 26 yaşında vəfat edib.

 

Onun əri Zhao 4 illik birgə ailə həyatından sonra 218 sm boylu arvadının öldüyünü bildirib.

 

Cütlüyün 2025-ci ilin oktyabrında bir oğlu dünyaya gəlmişdi.

 

Syao Yue böyümə hormonunun həddən artıq istehsalı ilə əlaqəli nadir bir xəstəlik olan hipofiz nəhəngliyindən əziyyət çəkirdi. O həm də ikinci dərəcəli diabet xəstəsi idi. Xəstəlik ağır hiperqlikemiyaya, böyrək çatışmazlığına və digər ağırlaşmalara səbəb olub.

 

Bloqçu beyin şişini çıxarmaq üçün əməliyyat olunmalı idi, lakin həkimlər proseduru həyata keçirə bilməyib./Yeni Sabah

 

 

Tarix: 14 Oktyabr 2026, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin