BURADA REKLAMINIZ OLA
BİLƏR

Gədəbəydə sərxoş sürücü qəza törətdi, həyat yoldaşı öldü - VİDEO

Gədəbəydə avtomobilin aşması nəticəsində sürücünün həyat yoldaşı ölüb, 12 yaşlı oğlu xəstəxanaya yerləşdirilib.

 

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

 

Bildirilib ki, oktyabrın 13-də saat 22:00 radələrində Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra idarə etdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.

 

Qəza nəticəsində avtomobildə sərnişin olan həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

BDYPİ sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin ağır fəsadlarla nəticələnən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladıb. İdarə sürücüləri bu ailə faciəsindən nəticə çıxarmağa və nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etməməyə çağırıb.

Tarix: 14 Oktyabr 2026, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin