BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kəlağayı daşımaq böyük qürur hissi yaradır” - Nailə İsmayılova

“Milli-mənəvi dəyərlərimizi və milli qadın geyimlərimizi təbliğ etmək bizim borcumuzdur”.

 

Pravda.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Bakıda keçirilən “Kəlağayı yürüşü” zamanı deyib.

 

Onun sözlərinə görə, yürüşün əsas məqsədi ölkəyə gələn turistlərin diqqətini Azərbaycanın milli qadın geyimlərinə, xüsusilə kəlağayıya cəlb etməkdir.

 

N.İsmayılova qeyd edib ki, kəlağayı hər bir qadına yaraşır və onu daşımaq böyük qürur hissi yaradır.

 

O vurğulayıb ki, Azərbaycan azad və təhlükəsiz ölkədir və milli-mənəvi dəyərlərin təbliği hər bir vətəndaşın, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin borcudur.

 

 

Tarix: 14 Oktyabr 2026, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin