BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalistlərə saxta zənglərlə bağlı XƏBƏRDARLIQ

Jurnalistlər tanınmış şəxslərin adından göndərilən mesajlar və hüquq-mühafizə orqanlarının adından edilən saxta zənglərlə bağlı diqqətli olmağa çağırılıb.

 

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Xəbərdarlıqda bildirilib ki, dələduzlar əvvəlcə tanınmış şəxsin adından yazaraq guya Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) və ya başqa hüquq-mühafizə orqanından zəng ediləcəyini söyləyirlər. Daha sonra zəng edən şəxs hədə-qorxu gəlir və qanunsuz tələblər irəli sürür.

 

Belə hallarla üzləşən şəxslərə əlaqəni dərhal kəsmək və hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur.

Tarix: 14 Oktyabr 2026, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin