Milli kimlik böyük sözlərlə deyil, bəzən belə kiçik görünən, amma böyük məna daşıyan dəyərlərlə qorunur. Bayrağımız, dilimiz, xalçamız kimi kəlağayımız da bizi biz edən bütöv bir yaddaşın parçasıdır. Kəlağayı Azərbaycan qadınlarının milli örpəyi olmaqdan daha artıqdır. O, köklərimizin nişanəsi, mədəniyyətimizin naxışı, nəsillər arasında görünməz bağdır. Onu qorumaq keçmişə bağlılıqdan daha çox, gələcəyə məsuliyyətdir. Çünki öz milli dəyərlərini tanıyan xalqın yaddaşı da yaşayır, kimliyi də.
Zəriflik, millilik, birlik, Azərbaycan qadını duruşu...
Azərbaycanın ənənəvi milli yaylığı olan kəlağayı qədimlərdən günümüzədək gəlib çatıb. Nənələrin sandığından çıxan bu ipək baş örtüyü getdikcə daha çox müasir qadınların gözəllik simvoluna çevrilir. Onun sürətli “dirçəlişi” təkcə Azərbaycanda deyil, xaricdə də dəb həvəskarlarının ürəklərini fəth edir. Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü də görənlərin qəlbini bu cür fəth etdi. Zəriflik, millilik, birlik, Azərbaycan qadını duruşu... Artıq kəlağayı aksesuar qəlibindən, qarderob detalından da çıxaraq daha çox əhəmiyyət qazanır.
Kəlağayı ornamenti və onun mənaları Azərbaycanda yaradılıb
2014-cü ildə kəlağayı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu çox mühüm hadisə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində baş verib. Kəlağayı ornamenti və onun mənaları Azərbaycanda yaradılıb. Onların dərin mədəni kökləri var və buna görə də tamamilə unikaldır. Məhz bu səbəbdən UNESCO-nun Reprezentativ Siyahısına təkcə kəlağayı deyil, kəlağayı sənəti, onun istehsal və geyilmə ənənələri də daxildir. Bu, təkcə sənət nümunəmizin beynəlxalq səviyyədə tanınması deyil, həm də əsrlər boyu yaşatdığımız bir ənənənin bəşəriyyətin ortaq mədəni irsinə çevrilməsidir.
Bu gün kəlağayıları istənilən tədbirdə qadınların üzərində görmək olar
1990-cı illərin sonuna qədər kəlağayının müasir Azərbaycan qadınlarının həyatında praktiki olaraq heç bir rolu olmasa da, bu gün kəlağayıları hər yaşda, şəhərdə və kənddə, istənilən tədbirdə qadınların üzərində görmək olar. Deməli, millilik həm də nənəmizin sandığından çıxan ipək bir kəlağayıda yaşayır. Elə dəyərlər var ki, onları qorumaq üçün uzun-uzadı nitqlərə ehtiyac yoxdur. Onları yaşatmaq, gələcək nəsillərə ötürmək kifayətdir. Kəlağayı da məhz belə dəyərlərimizdəndir. O, sadəcə qadın baş örtüyü deyil, Azərbaycan qadınının zərifliyini, mənəvi dünyasını, tarixini və milli kimliyini özündə yaşadan mədəni irs nümunəsidir. Bu gün qədim Bakının küçələrində gəzən xanımların üzərindəki kəlağayıya baxanda yalnız rəngli ipək parça görmədik. Kəlağayının naxışlarında xalqımızın zövqünü, naxışlarının toxunuşunda bir sənətkar zəhmətini, yaddaşında isə neçə-neçə nəslin həyat hekayəsini görürük.
Kəlağayını gələcək nəsillərə necə ötürək?
Bəzən milliliyi yalnız zahiri görünüşlə ölçürük. Halbuki milli olmaq təkcə milli geyim geyinmək deyil. Milli olmaq həm də öz mədəniyyətinə hörmət etmək, onu başqasının mədəniyyəti qarşısında kiçiltməmək, eyni zamanda başqa xalqların dəyərlərinə də ehtiramla yanaşmaqdır. Öz kimliyinə güvənən xalqın başqa mədəniyyətlərdən qorxmasına ehtiyac yoxdur. Kəlağayı bu baxımdan xüsusi məna daşıyır. O nə kiməsə qarşı çıxmaq vasitəsidir, nə də kiminsə kimliyini mühakimə etmək üçün ölçü. Kəlağayı Azərbaycan qadınının tarixdən süzülüb gələn zərifliyinin, yaradıcılığının və mədəni yaddaşının ifadəsidir. Onun dəyərini qorumaq üçün başqa geyimləri və ənənələri alçaltmağa ehtiyac yoxdur. Əksinə, öz mədəniyyətini sevən insan başqasının seçiminə də hörmət etməyi bacarmalıdır. Bəs kəlağayını gələcək nəsillərə necə ötürək? İlk növbədə, onu yalnız muzey eksponatı kimi saxlamayaq. Məktəblərdə, mədəniyyət tədbirlərində, sərgilərdə onun tarixini tanıdaq. Yerli sənətkarları, kəlağayı istehsal edən ustaları dəstəkləyək. Kəlağayı ailələrdə nənədən nəvəyə ötürülən bir xatirə olmaqla yanaşı, gündəlik həyatın da canlı parçasına çevrilir. Çünki mədəni irs yalnız qorunan deyil, istifadə olunan, sevilən və yaşadılan zaman yaşayır. Bir gün nənəmizin utananda qızaran yanaqlarını örtdüyü sandıq qoxulu kəlağayıya toxunanda onun sadəcə ipəkdən hazırlanmış bir parça olmadığını anlamalıyıq. O parçada bir qadının gəncliyi, bir ailənin xatirəsi, bir elin adəti, bir xalqın zövqü var. Bəlkə də, elə buna görə kəlağayıya baxanda keçmişimizi xatırlamaqla kifayətlənmir, gələcəyimiz barədə də düşünürük...
Aytəkin Qardaşova
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
Ən son xəbərləri səhifəmizdən də izləyin