BURADA REKLAMINIZ OLA
BİLƏR

“Traktor” futbol klubu Türkiyəyə mesaj verdi: “Məktəblərimizdə türk dili qadağandır, İrana gəldikdə niyə susursunuz?”

İranın Təbriz şəhərini təmsil edən və hər zaman  Cənubi Azərbaycanın səsi, İranda Azərbaycan-türk kimliyinin rəmzi sayılan “Traktor” futbol klubunun sosial şəbəkədə Türkiyədə Azərbaycan əleyhinə hicabla bağlı aparılan əks təbliğat kampaniyasına cavabı gündəm olub.

 

Pravda.az xəbər verir ki, “Traktor” türkofobiyanın qəbuledilməz olduğunu vurğulayıb.

 

"İranda, təxminən, 40 milyon türk yaşayır, lakin 100 ildən çoxdur ki, öz torpaqlarındakı məktəblərdə türk dilində təhsil qadağandır. Heç kim öz dilində danışa bilməz, heç kim uşağına türk adı verə bilməz, şirkətlər, mağazalar və ya oxşar müəssisələr üçün türk adlarından istifadə edə bilməz. Yalnız fars və ərəb dillərinə icazə verilir. Hətta Prezidentə belə öz dilində danışmağa  zorla  icazə verilir. Amma bir həftədir ki, Azərbaycanda hicab qadağası olduğuna görə hamınız öz qardaşlarınızın düşməninə çevrilmisiniz Halbuki 100 ildir, İranda müsəlman türklərin assimilyasiyasına səsini çıxarmırsınız! Əgər müsəlmanların hüquqları sizin üçün bu qədər vacibdirsə, insanlıq haqqında bu qədər danışırsınızsa, buradakı insanlar da müsəlman deyilmi? İrana gəldikdə niyə susursunuz?” - klubdan bildirilib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Oktyabr 2026, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin