BURADA REKLAMINIZ OLA
BİLƏR

Silvestr Stallone qızının toyuna görə təqaüdə çıxa bilməməsindən şikayətləndi

80 yaşlı Hollivud ulduzu Silvestr Stallone 30 yaşlı qızı Sofiya Rouzun qarşıdan gələn toyunun xərclərini ödəmək üçün işləməyə davam etdiyini bildirib.

 

Aktyor bu barədə "Kelly və Michael ilə canlı yayımda" tok-şousunda danışıb.

 

Verilişin aparıcısı Kelli Ripa Stallonedən toy mərasiminə nə qədər pul xərcləyəcəyini soruşub. Aktyor isə zarafatla belə cavab verib:

 

"Bunu deməyə bir az utanıram, amma mən təqaüdə çıxa bilmirəm. Ciddi deyirəm".

 

Qeyd edək ki, Sofiya Stallone 2026-cı il avqustun 28-də sevgilisi Maykl Şienlə nişanlandığını açıqlayıb. Silvestr Stallone tok-şouda gələcək kürəkəni haqqında müsbət fikirlər səsləndirib. "Rokki" filminin ulduzu bildirib ki, Maykl Sofiyaya evlilik təklifi etməzdən əvvəl ondan xeyir-dua da istəyib.

 

Silvestr Stallonenin beş övladı var. Aktrisa Saşa Zakla evliliyindən onun iki oğlu dünyaya gəlib. Hazırda aktyor 58 yaşlı model Cennifer Flavinlə evlidir. Onların üç qızı var.

 

Sofiya Rouz 1996-cı il avqustun 27-də anadan olub. Anadangəlmə ürək qapağı qüsuru səbəbindən onun ikiaylığında ürəyində əməliyyat aparılıb. 2012-ci ildə isə yenidən əməliyyat olunub. Sofiya 2019-cu ildə Cənubi Kaliforniya Universitetini moda ixtisası üzrə bitirib.

 

Oxu.az

Tarix: 15 Oktyabr 2026, 06:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin