BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzada gənc oğlanın ölümünə səbəb olan sərxoş sürücü yenidən məhkəmə qarşısında

Yol qəzası törətməkdə təqsirləndirilən Valeh Xankişiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, hadisə 01 avqust 2024-cü il tarixdə saat 01:41-də radələrində Ağdaş şəhəri ərazisində qeydə alınıb.

 

 

Belə ki, Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

 

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

 

Hadisədən sonra Valeh Xankişiyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

İttihamda göstərilib ki, hadisə zamanı sürücü sərxoş vəziyyətində olub.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 15 Oktyabr 2026, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin