Bütün dinlər, xüsusən də, “dünya dinləri” adlandırdığımız inanc sistemlərindən hər biri özünün müstəsna, yeganə həqiqət olduğunu iddia edir. Dinşünaslıqda və fəlsəfədə bu fenomen dini eksklüzivizm adlanır. Bu hər bir inanc sisteminin məntiqi xüsusiyyətidir, insan mütləq həqiqətə vaqif olduğuna səmimi qəlbdən inandısa, digər bütün yolları avtomatik olaraq ya natamam, ya da yanlış hesab edir. Üst-üstə üç kitab oxumamış olsa belə. Qadın bədəni isə bütün zamanlarda cürbəcür ideologiyaların döyüş meydanı olub. Bu, məsələdən az-çox hali olan hər kəsə aydındır və bu barədə çox danışıb başınızı ağrıtmaq istəmirəm.
Məlum məsələ ilə bağlı son olaylarda məni ən çox ağrıdan və rəncidə edən Türkiyədəki özünü dindar, mömin adlandıran dairələrin ağzını avara qoyub, hərzə-hərzə danışmasıdır. Bunlar əsasən kimlərdir: tez-tez absurd, elmdən və müasir dünyadan uzaq fikirlər səsləndirən şeyxlər, təriqət və camaat rəhbərləri, onların büyür-başında fırlananlar.
Amma bunların Azərbaycandakı məktəbli forması ilə bağlı sərgilədiyi mövqe, bəzən ağlamsınan, bəzən coşub-kükrəyən ritorikası şükürlüdür.
İyirmi birinci yüzilliyin ortasında Türkiyənin daxilində, ulusal televiziya ekranlarından, məscidlərdən, digər ictimai yerlərdən bunların bağıra-bağıra səsləndirdikləri bəzi fikirlərə baxın: biri deyir, «namaz qılmayan heyvandır», «savadsız nəsil daha etibarlıdır», yəni oxumuş, təhsilli insanlara güvənmək olmaz, o biri deyir, «Kosmosa getmək israfdır», NASA-nın və ya digər ölkələrin kosmik araşdırmalarını "kafir işi" adlandırır, göy üzünə pul xərcləməyin günah olduğunu bəyan edir, digəri "Xərçəngin çarəsi duadadır, həkimə getmək imansızlıqdır", oxunmuş su və dualarla sağalmaq lazımdır, «uşaq iflicinə qarşı peyvəndə qərb oyunudur» deyir, bir başgası «qadının işləməsi ailəni dağıdır» və ya «qadın döyülərkən şükr etməlidir» açıqlaması verir. Məşhur bir dini şərhçi hamilə qadınların küçəyə çıxmasının "əxlaqsızlıq" və "bədən nümayişi" olduğunu iddia edir: "Hamilə qadının küçədə gəzməsi estetik deyil" deyə tutuzdurmağa çalışır. Bəzi şeyxlər və din tacirləri televiziyada üzərinə xüsusi dualar yazılmış kəfənlər sataraq, bu kəfənlə dəfn olunanların cəhənnəm əzabından qorunacağını iddia edirlər. Məsələ təriqət daxilində müridlərin şeyxin dəstəmaz suyunu içməsi, onun geyindiyi paltarlara müqəddəs tutya kimi baxması hallarına qədər gedib çıxır. Bu günlərdə bir video da çıxdı qarşıma, çox sayılan sənətkarlardan biri Atatürkün rəhərliyi ilə yunan işğalına qarşı aparılan müharbəni şərh edərkən buyurur ki: «keşke Yunan galip gelseydi, ne hilafet yıkılırdı, ne şeriat yıkılırdı».
Bu artıq sözün bitdiyi yerdir…
Bunlar üçün millət də dindir, milli tarix, milli mədəniyyət, dövlət, dövlətçilik, türk birliyi, sivilizasiya, elm və s. kimi məsələlər də. Özü də kitabdakı yox, öz beyinlərində istehsal etdikləri din.
Bunların hamısını bir yerə yığsan, «Traktor» klubunun bir azarkeşi eləməz.
Lakin Türkiyənin ən böyük gücü onaddır ki, ölkə yalnız bu cür radikal, absurd və marginal təfəkkürdən ibarət deyil. Türkiyə cəmiyyəti rəngarəngdir, dərindir və daxili müqavimət gücü çox yüksəkdir.
Bunu son günlər sözügedən kəsimə qarşı güclənən təpkilərdən də görmək olur.
Ölkənin ən nüfuzlu ilahiyyatçı professorları, məsələn, Yaşar Nuri Öztürk, Mustafa Öztürk və s. illərlə efirlərdə və kitablarında məhz bu saxta şeyxlərin, kəfən satanların xalqı necə aldatdığını ifşa ediblər. Onlar dini xurafatdan təmizləməyə çalışan böyük bir cərəyandır.
Yeni nəsil, Z və Alfa nəsilləri isə, ümumiyyətlə şeyxlərin müridləri olmaq istəmir. İnformasiya əsrində əksər gənclər hər şeyi sorğulayır, tənqidi təfəkkürə sahibdirlər. Onlar yuxarıda sadaladığımız fiqurlara ciddi bir ideoloq kimi deyil, sadəcə internetdə lağlağı və mem obyekti kimi baxırlar.
Belə, əziz dostlar!
Hər şey dialektikanın qanınları üzrə cərəyan edir. Xurafat nə qədər aqressivləşirsə, cəmiyyətin savadlı təbəqəsində dünyəviliyi və elmi müdafiə etmək instinkti bir o qədər güclənir. Odur ki, qətiyyən pessimist olmayın, şair demiş:
Gözəl günlər görəcəyiz, çocuklar,
Motorları maviliklere süreceğiz.
Çocuklar, inanın, inanın, çocuklar,
Güzel günler göreceğiz, güneşli günler!
Etimad Başkeçid
Yazıçı
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
15 Oktyabr 17:47
15 Oktyabr 17:41
15 Oktyabr 17:41
15 Oktyabr 17:34
15 Oktyabr 17:31
15 Oktyabr 17:24
15 Oktyabr 17:19
15 Oktyabr 17:14
15 Oktyabr 17:09
15 Oktyabr 16:59
15 Oktyabr 16:53
15 Oktyabr 16:39
15 Oktyabr 16:22
15 Oktyabr 16:20
15 Oktyabr 16:17
15 Oktyabr 16:13
15 Oktyabr 16:09
15 Oktyabr 15:59
15 Oktyabr 15:57
15 Oktyabr 15:45
15 Oktyabr 15:40
15 Oktyabr 15:29
15 Oktyabr 15:27
15 Oktyabr 15:23
15 Oktyabr 15:15
15 Oktyabr 15:02
15 Oktyabr 14:59
15 Oktyabr 14:55
15 Oktyabr 14:52
15 Oktyabr 14:49
15 Oktyabr 14:44
15 Oktyabr 14:37
15 Oktyabr 14:20
15 Oktyabr 14:14
15 Oktyabr 14:12
15 Oktyabr 14:07
15 Oktyabr 14:02
15 Oktyabr 13:53
15 Oktyabr 13:47
15 Oktyabr 13:35
15 Oktyabr 13:32
15 Oktyabr 13:27
15 Oktyabr 13:19
15 Oktyabr 13:13
15 Oktyabr 13:10
15 Oktyabr 13:07
15 Oktyabr 13:03
15 Oktyabr 12:58
15 Oktyabr 12:55
15 Oktyabr 12:54
15 Oktyabr 12:49
15 Oktyabr 12:46
15 Oktyabr 12:44
15 Oktyabr 12:40
15 Oktyabr 12:39
15 Oktyabr 12:35
15 Oktyabr 12:31
15 Oktyabr 12:31
15 Oktyabr 12:29
15 Oktyabr 12:22
15 Oktyabr 12:20
15 Oktyabr 12:17
15 Oktyabr 12:15
15 Oktyabr 12:02
15 Oktyabr 12:01
15 Oktyabr 11:57
15 Oktyabr 11:47
15 Oktyabr 11:41
15 Oktyabr 11:33
15 Oktyabr 11:27
15 Oktyabr 11:22
15 Oktyabr 11:14
15 Oktyabr 11:12
15 Oktyabr 11:02
15 Oktyabr 10:59
15 Oktyabr 10:53
15 Oktyabr 10:44
15 Oktyabr 10:32
15 Oktyabr 10:27
15 Oktyabr 10:23
15 Oktyabr 10:21
15 Oktyabr 10:12
15 Oktyabr 10:07
15 Oktyabr 10:05
15 Oktyabr 09:49
15 Oktyabr 09:36
15 Oktyabr 09:10
15 Oktyabr 09:05
15 Oktyabr 09:04
15 Oktyabr 09:03
15 Oktyabr 08:57
15 Oktyabr 08:51
15 Oktyabr 08:49
15 Oktyabr 08:44
15 Oktyabr 08:43
15 Oktyabr 08:41
15 Oktyabr 08:36
15 Oktyabr 08:33
15 Oktyabr 08:30
15 Oktyabr 08:25
15 Oktyabr 07:59
15 Oktyabr 06:47
15 Oktyabr 06:44
15 Oktyabr 06:37
15 Oktyabr 06:30
15 Oktyabr 06:28
15 Oktyabr 06:25
15 Oktyabr 06:23
15 Oktyabr 06:21
14 Oktyabr 22:56
14 Oktyabr 22:44
14 Oktyabr 21:07
14 Oktyabr 19:38
14 Oktyabr 19:20
14 Oktyabr 19:19
14 Oktyabr 19:16
14 Oktyabr 19:15
14 Oktyabr 19:13
14 Oktyabr 19:12
14 Oktyabr 19:10
14 Oktyabr 19:06
Ən son xəbərləri səhifəmizdən də izləyin