BURADA REKLAMINIZ OLA
BİLƏR

“Navai” barəsində ittihamlar ağırlaşdırıla bilər - SƏBƏB

Qazaxıstanda saxlanılan Azərbaycan əsilli reper “Navai” (Nəvai Bəkirov) barəsində ittihamlar ağırlaşdırıla bilər.

 

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

 

Bildirilir ki, ötən gün “Korday” sərhəd-keçid məntəqəsində narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılan müğənninin qanında qadağan olunmuş maddələr də aşkarlanıb.

 

Reperin təqsiri sübuta yetirilsə, o 7 il müddətinə avtomobil idarə etmək qadağası və 15 sutka müddətinə inzibati həbslə üzləşəcək

 

Qanında narkotik vasitələrin tapılması səbəbilə isə reper Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

 

Xatırladaq ki, Navai səhnə adı ilə tanınan müğənninin tam adı Nəvai Bəhman oğlu Bəkirovdur. O, Rusiya səhnəsində reper və müğənni kimi tanınır və HammAli & Navai duetinin üzvü olub./Trend

Tarix: 15 Oktyabr 2026, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin