BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyx Əbdül: “Xəstəyəm, acınacaqlı vəziyyətdəyəm, maraqlanan yoxdur”

“Səhhətim pisdir, acınacaqlı vəziyyətdəyəm. Nə yaxın gələn, nə kömək edən var... Maraqlanan yoxdur. Xəstəxanaya qoydular məni, elə orada da xəstələndirdilər, ciyərlərimi soyuğa verdilər. Vəziyyəti bir az daha ağırlaşdırıb, qaytarıb gətirdilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

 

O düşünür ki, vəziyyətinin pisləşməsi həkim və şərait ucbatından olub: “Havaların soyuq keçən vaxtı getdim, xəstəxanada istilik sistemi də yoxdur, gözləyirlər noyabrda olacaq. Otaqlar soyuq idi. Üstümü örtüb tərləyirdim, oyananda bədənim buz kimi oldu. Çabalaya-çabalaya qalmışam. Onlar hər dediyimi əsəblə əlaqələndirirlər, amma mən sakit adamam, məsələ burasındadır ki, ciyərlərim çox ciddi şəkildə soyuqlayıb, səhərə qədər çabalayıram”.

 

Xalq artisti bildirib ki, sənət yoldaşlarımdan da kimsə maraqlanmır: “Sağ olsun, yalnız Şəfiqə Məmmədova maraqlanır, əlindən gələn hər şeyi edir. Hazırda həkimim pulmonoloq Nəriman Həsənovdur. Çox kömək edir”.

 

Xatırlatma: Bir müddət əvvəl də Xalq artistinin səhhətində problemlər yaranmış və o, Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

 

Şəhanə Qədirli

Tarix: 15 Oktyabr 2026, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin