BURADA REKLAMINIZ OLA
BİLƏR

8 Noyabr prospektində nasaz yük maşını hərəkəti məhdudlaşdırdı - FOTO

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

 

Məlumata görə, nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

 

Hazırda polis tərəfindən problemin aradan qaldırılması məqsədilə işlər görülür.

Tarix: 15 Oktyabr 2026, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin