BURADA REKLAMINIZ OLA
BİLƏR

Nura Suri: “Söyüş söyənlər guya hicabı müdafiə edirlər”

“Bir qrup insan sanki bilərəkdən vətəndaşları bir-birinə düşmən etməyə çalışır, adekvat fikir bildirənlərə qarşı aqressiya, söyüşlər, tərbiyəsizlik edirlər. Bütün bunlar əslində həm də din adamlarını gözdən salmaq üçündür. İslam dinində kiməsə söyüş söymək, təhqir etmək, bilmədiyini danışmaq olmaz. Bildiyini danışmaq qeybətdirsə, bilmədiyini danışmaq böhtandır və hər ikisi ən ağır günahlardan biridir. İslamda bunlar yolverilməzdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında müğənni Nura Suri vahid məktəbli geyimi fonunda yaranan mübahisələrdən danışarkən deyib.

 

O bildirib ki, söyüş söyənlər guya hicabı müdafiə edirlər: “Başa düşmək istəmirlər ki, burada söhbət İslama, hicaba qarşı deyil. Söhbət sadəcə məktəblərdən gedir. Dövlətin açıqlaması da bu istiqamətdədir ki, vahid geyim forması olsun. Kimsə adekvat fikir bildirəndə bir qrup insan dərhal o insana qarşı aqressiya yaratmağa, təhqir etməyə, söyüşdən istifadə etməyə başlayır. Düşünürəm, sosial şəbəkələrdə bunun qarşısı alınmayana qədər heç bir özünə hörmət edən şəxs insanların xeyrinə yaxud ziyanına, dinin lehinə və ya əleyhinə fikirlərini açıq şəkildə bildirmək istəməyəcək. Hamını susdururlar və ya danışanın üstünə gəlib təhqir etməyə başlayırlar. İnsanları bir-birinə düşmən etməyə çalışırlar. Araşdırılmalı məsələdir, bunu edən şəxslər cəzalandırılmalıdır. Əks halda kimsə nə yaxşıya, nə də pisə fikir bildirəcək. Çünki fikir bildirən insanlara qarşı aqressiyanı görürsünüz”.

 

Şəhanə Qədirli

Tarix: 15 Oktyabr 2026, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin