BURADA REKLAMINIZ OLA
BİLƏR

“Navai” 2 ay müddətinə həbs edildi

Qazaxıstan məhkəməsi Azərbaycan əsilli tanınmış reper “Navai” (Nəvai Bəkirov) barəsində iki ay müddətinə həbs qərarı çıxarıb.

 

Bu barədə “Tengrinews” məlumat yayıb.

 

Onun narkotik maddələrin qaçaqmalçılığına cəhd işi üzrə istintaq müddətində həbsdə qalacağı güman edilir.

 

Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı “Navai”nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb. Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb./Qafqazinfo

Tarix: 15 Oktyabr 2026, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin