Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanın “Türkiyə ilə sərhəd əvvəlki kimi bağlı olsa da düşünürəm ki, proses artıq əhəmiyyətli dərəcədə inkişaf edib və mümkündür ki, səhər biz oyanaq və xəbərlərdə “Ermənistan-Türkiyə sərhədi açıldı” başlığını görək” deməsi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, prinsipcə Türkiyənin indiki şərtlər daxilində Ermənistanla sərhədləri açması mümkündür.

R.Bayramov qeyd edib ki, sabah Türkiyə də ölkələrin bir-birinin daxili işlərinə qarışmaması arqumentindən istifadə edərək belə bir addam ata bilər: “Hüquqi baxımdan da Türkiyənin belə bir qərar qəbul etməsi üçün Azərbaycanın formal razılığını almaq öhdəliyi mövcud deyil. Türkiyə öz sərhəd və xarici siyasət qərarlarını özü verir. Lakin hüquqi imkanla siyasi reallığı fərqləndirmək lazımdır. Ankara ilə Bakı arasındakı müttəfiqlik münasibətləri, təhlükəsizlik əməkdaşlığı və Cənubi Qafqazda ortaq maraqlar bu məsələnin sırf ikitərəfli Türkiyə–Ermənistan qərarı kimi nəzərdən keçirilməsini çətinləşdirir. Bilirik ki, Türkiyə 1993-cü ildə Qarabağ münaqişəsi və Azərbaycanın ərazilərinin işğalı fonunda Ermənistanla sərhədini bağlamışdı. Ankara bu addımı birabaşa Azərbaycanla bağlı regional təhlükəsizlik məsələləri ilə əlaqələndirmişdi. Amma indiki şərait əvvəlki dövrlə eyni deyil. 2026-cı ilin mayında Türkiyə Ermənistanla birbaşa ticarətə imkan verən məhdudiyyətləri aradan qaldırıb. Ankara, eyni zamanda, ümumi sərhədin açılması üçün texniki və bürokratik işlərin davam etdiyini açıqlayıb. Deməli, normallaşma prosesi artıq təkcə bəyanatlar səviyyəsində deyil, həm də konkret iqtisadi və inzibati addımlarla müşayiət olunur”.
Politoloq onu da əlavə edib ki, sərhədin tam açılması ilə müəyyən kateqoriyadan olan şəxslər və ya yüklər üçün keçid imkanlarının yaradılması eyni məsələ deyil: “2022-ci ildə üçüncü ölkə vətəndaşlarının, eləcə də diplomatik pasport sahiblərinin sərhəddən keçməsinə dair razılaşma əldə edilsə də, bu razılşamanın icrası istiqamətində praktik addımlar atılmadı. Çünki Azərbaycanın razılığı Türkiyə üçün formal hüquqi şərt olmasa da, siyasi-strateji baxımdan mühüm amildir. Ankara sərhədi açmaqla Ermənistanla iqtisadi əlaqələrini genişləndirə, regional nəqliyyat imkanlarını artıra və Cənubi Qafqazda diplomatik fəallığını gücləndirə bilər. Ona görə də Ankara bu addımın Azərbaycan ilə münasibətlərə mümkün təsirlərini də nəzərə almalıdır. Düşünürəm ki, Türkiyə sərhədlərin açılması ilə bağlı qərarda mütləq şəkildə Azərbaycanın maraqlarını və belə bir qərarın regional kommunikasiyaların açılmasına və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmlənməsinə necə təsir edəcəyini nəzərə alacaq. Başqa sözlə yaxın perspektivdə sərhədin açılması mümkündür, lakin Mirzoyanın bəyanatı özlüyündə belə bir qərarın artıq qəbul edildiyini təsdiqləmir. İnanıram ki, Türkiyə məsələnin siyasi nəticələrini hesablayaraq, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərini nəzərə alaraq sərhədin açılmasını Azərbaycan–Ermənistan sülh prosesindəki irəliləyişlə uzlaşdırmağa üstünlük verəcək”.
Şəhanə Qədirli
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
15 Oktyabr 17:47
15 Oktyabr 17:41
15 Oktyabr 17:41
15 Oktyabr 17:34
15 Oktyabr 17:31
15 Oktyabr 17:24
15 Oktyabr 17:19
15 Oktyabr 17:14
15 Oktyabr 17:09
15 Oktyabr 16:59
15 Oktyabr 16:53
15 Oktyabr 16:39
15 Oktyabr 16:22
15 Oktyabr 16:20
15 Oktyabr 16:17
15 Oktyabr 16:13
15 Oktyabr 16:09
15 Oktyabr 15:59
15 Oktyabr 15:57
15 Oktyabr 15:45
15 Oktyabr 15:40
15 Oktyabr 15:29
15 Oktyabr 15:27
15 Oktyabr 15:23
15 Oktyabr 15:15
15 Oktyabr 15:02
15 Oktyabr 14:59
15 Oktyabr 14:55
15 Oktyabr 14:52
15 Oktyabr 14:49
15 Oktyabr 14:44
15 Oktyabr 14:37
15 Oktyabr 14:20
15 Oktyabr 14:14
15 Oktyabr 14:12
15 Oktyabr 14:07
15 Oktyabr 14:02
15 Oktyabr 13:53
15 Oktyabr 13:47
15 Oktyabr 13:35
15 Oktyabr 13:32
15 Oktyabr 13:27
15 Oktyabr 13:19
15 Oktyabr 13:13
15 Oktyabr 13:10
15 Oktyabr 13:07
15 Oktyabr 13:03
15 Oktyabr 12:58
15 Oktyabr 12:55
15 Oktyabr 12:54
15 Oktyabr 12:49
15 Oktyabr 12:46
15 Oktyabr 12:44
15 Oktyabr 12:40
15 Oktyabr 12:39
15 Oktyabr 12:35
15 Oktyabr 12:31
15 Oktyabr 12:31
15 Oktyabr 12:29
15 Oktyabr 12:22
15 Oktyabr 12:20
15 Oktyabr 12:17
15 Oktyabr 12:15
15 Oktyabr 12:02
15 Oktyabr 12:01
15 Oktyabr 11:57
15 Oktyabr 11:47
15 Oktyabr 11:41
15 Oktyabr 11:33
15 Oktyabr 11:27
15 Oktyabr 11:22
15 Oktyabr 11:14
15 Oktyabr 11:12
15 Oktyabr 11:02
15 Oktyabr 10:59
15 Oktyabr 10:53
15 Oktyabr 10:44
15 Oktyabr 10:32
15 Oktyabr 10:27
15 Oktyabr 10:23
15 Oktyabr 10:21
15 Oktyabr 10:12
15 Oktyabr 10:07
15 Oktyabr 10:05
15 Oktyabr 09:49
15 Oktyabr 09:36
15 Oktyabr 09:10
15 Oktyabr 09:05
15 Oktyabr 09:04
15 Oktyabr 09:03
15 Oktyabr 08:57
15 Oktyabr 08:51
15 Oktyabr 08:49
15 Oktyabr 08:44
15 Oktyabr 08:43
15 Oktyabr 08:41
15 Oktyabr 08:36
15 Oktyabr 08:33
15 Oktyabr 08:30
15 Oktyabr 08:25
15 Oktyabr 07:59
15 Oktyabr 06:47
15 Oktyabr 06:44
15 Oktyabr 06:37
15 Oktyabr 06:30
15 Oktyabr 06:28
15 Oktyabr 06:25
15 Oktyabr 06:23
15 Oktyabr 06:21
14 Oktyabr 22:56
14 Oktyabr 22:44
14 Oktyabr 21:07
14 Oktyabr 19:38
14 Oktyabr 19:20
14 Oktyabr 19:19
14 Oktyabr 19:16
14 Oktyabr 19:15
14 Oktyabr 19:13
14 Oktyabr 19:12
14 Oktyabr 19:10
14 Oktyabr 19:06
Ən son xəbərləri səhifəmizdən də izləyin