BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yelo Bank” və “Expressbank”dan şikayətlər kəskin artıb

Sentyabr ayında Azərbaycanda banklar arasında ən yüksək şikayət indeksi “Yelo Bank” və “Expressbank”da qeydə alınıb.

 

Pravda.az Plat.az-a istinadən xəbər verir ki, sentyabrda “Yelo Bank”ın şikayət indeksi avqust ayındakı 2,51-dən 3,49-a yüksəlib. Bu isə 39% artım deməkdir. “Expressbank”da isə bu göstərici 1,18-dən 2,44-ə çatıb, yəni 2 dəfədən çox artıb.

 

Beləliklə, hər iki bank sentyabrda yüksək şikayət indeksi olan qırmızı kateqoriyada yer alıb. Avqustda bu kateqoriyada yalnız “Yelo Bank” olub.

 

Orta şikayət indeksi olan sarı kateqoriyada isə “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank” və “Bank of Baku” qərarlaşıb.

 

“Unibank”ın şikayət indeksi 1,64-dən 2,20-yə, “Azər-Türk Bank”ın göstəricisi 0,84-dən 1,81-ə, “Rabitəbank”ın indeksi 0,75-dən 1,77-yə, “Bank of Baku”nun göstəricisi isə 1,16-dan 1,54-ə yüksəlib.

 

Qeyd edək ki, sentyabrda 17 bankdan 2-si yüksək, 4-ü orta, 11-i isə aşağı şikayət indeksi kateqoriyasında yer alıb.

 

Şikayət indeksi banklar üzrə daxil olan şikayətlərin bazar payının müştərilərin bazar payına nisbəti əsasında hesablanır.

Tarix: 15 Oktyabr 2026, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin