BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc əsgər vəfat etdi - Ölüm səbəbi açıqlandı - FOTO - YENİLƏNİB

Lənkəran şəhər sakini olan gənc əsgər Orxan Şabanovun ölümünün səbəbi bilinib.

 

Orxan Şabanov güllə yarasından dünyasını dəyişib.

 

Hadisə Şəmkir rayonundakı "N" saylı hərbi hissədə baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

 

Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır.

 

Həmçinin qeyd edək ki, Orxan Şabanov Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Aynur Şabanovanın oğludur. O, hərbi xidmətinin bir illik dövrünü başa vurub, orta təhsilli olub./Oxu.Az

***

16:59

 

Azərbaycanda gənc əsgər vəfat edib.

 

Pravda.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Orxan Şabanov hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.

 

O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.

 

Bildirilib ki, əsgərin ölümü ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

 

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

 

 

 

Tarix: 15 Oktyabr 2026, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin