BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Aşırlı Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən getmə səbəbini açıqladı

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı oktyabrın 16-da keçiriləcək Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünə namizədliyini irəli sürməməsinə aydınlıq gətirib.

 

A.Aşırlı Pravda.az-a açıqlamasında deyib ki, gənclərə yol vermək lazımdır.

 

“Düşündüm ki, bu dəfə iştirak etməyim. Çünki gənclərə daha çox imkan tanımaq lazımdır. Bu baxımdan namizədliyimi irəli sürmədim. Mənim adımı yazmışdılar, Mətbuat Şurasından mənə deyiləndə sadəcə bildirdim ki, namizədliyimi vermək istəmirəm. İdarə Heyətindən kimlər adının yazılmasını istəməyibsə, bunu bilmirdim. Yeni Heyətin seçilməsinə daha çox ehtiyac duydum. Seçiləcək heyətə bəri başdan uğurlar arzu edirəm”, - A.Aşırlı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 15 Oktyabr 2026, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin