BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Məciddən AÇIQLAMA

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vəzifəsindən gedir.

 

Bu barədə Mətbuat Şurasından məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 16-sı saat 09.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Qurultayda ümumilikdə 225 nümayəndə öz iştirakını təsdiqləyib, 13 üzv isə adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş ediblər.

 

Pravda.az xəbər verir ki, Oxu.Az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, İdarə Heyətinin 13 üzvü uzun illər Mətbuat Şurasının İdarə Heyətində təmsil olunsalar da, bu dəfə öz istəkləri ilə namizədlərin seçki bülleteninə daxil edilməmələrini xahiş ediblər.

 

"Mən də həmin üzvlərdən biriyəm. 2003-cü ildə Mətbuat Şurasının ilk qurultayından İdarə Heyətinin üzvüyəm və artıq 23 ildir bu vəzifəni daşıyıram. Mənim kimi uzun illər Şurada fəaliyyət göstərən digər həmkarlarım da var. Bu qərarın əsas məqsədi yeni media nümayəndələrinə, xüsusilə gənclərə yol açmaq, onların Mətbuat Şurasının fəaliyyətində daha fəal təmsil olunmalarına imkan yaratmaqdır. Yeni seçiləcək İdarə Heyətinə uğurlar arzulayıram. Sabah da iclası özüm aparacağam. Mətbuat Şurasına uzun illər xidmət etmiş İdarə Heyəti üzvlərinə də təşəkkürümü bildirirəm", - deyə R. Məcid bildirib.

Tarix: 15 Oktyabr 2026, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin