BURADA REKLAMINIZ OLA
BİLƏR

Qulu Məhərrəmli: “Mətbuat Şurasında içi mən qarışıq xeyli yaşlı, mətbuatda ömrünü-gününü keçirmiş insan var...”

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Mətbuat Şurasının İdarə Heyətinə namizədliyini irəli sürməməsinə aydınlıq gətirib.

 

Q.Məhərrəmli Pravda.az-a açıqlamasında deyib ki, Şuranın bir neçə üzvü ilə birlikdə bu barədə qərar veriblər.

 

O bildirib ki, Mətbuat Şurasının statusu, əhatə dairəsi, fəaliyyət diapazonu əvvəlki kimi deyil: “Ölkədə Media və Yayım Şurası fəaliyyət göstərir və Mətbuat Şurasının vaxtilə həyata keçirdiyi funksiyaların əksəriyyətini reallaşdırır. Digər tərəfdən, Mətbuat Şurasında içi mən qarışıq xeyli yaşlı, mətbuatda ömrünü-gününü keçirmiş insan var. Doğrudan da, çox istəklər oldu ki, biz Şurada qalaq. Amma xahiş etdik ki, bizim adımızı bülletendə yazmasınlar. Bundan sonra seçilən yeni heyət əsasən gənclərdən ibarət olmalıdır. Həm də yeni düzən var, yeni, problemləri olan mətbuatın perspektivi necə görünür? Bu baxımdan hesab edirik ki, Mətbuat Şurası ruhən, struktur baxımından yenilənməli, bu yeniliyin dalğasında müəyyən işlər görməlidir. Qurultayda seçilən üzvlər, yəqin ki, bu məsuliyyəti hiss edəcəklər”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Oktyabr 2026, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin