BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəvəsi ilə eyni liseydə oxuyur - VİDEO

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur...

 

Nənə və nəvə Şərur Peşə Liseyində fərqli ixtisaslar üzrə təhsil alır. 16 yaşlı İlqar İsmayılov liseyin "Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis" ixtisasında oxuyur. Dediyinə görə, o, ata-babasından gördüyü peşəni davam etdirmək istəyir.

 

Onun nənəsi - üç övlad və altı nəvə sahibi olan 63 yaşlı Elza İsmayılova isə "Aşpazlıq" ixtisası üzrə təhsil alır. O bildirir ki, əvvəllər də yemək bişirmə işləri ilə məşğul olub. Bu sahəni dərindən öyrənmək istəyib. Ailəsi də ona dəstək olub:

 

Elza İsmayılova bildirib ki, yaşı öyrənməsinə maneə deyil. "Təhsil almağa yenidən başlamaq istəyən yaşıdlarıma deyərdim ki, gəlsinlər, hər yaşda öyrənmək maraqlı və gözəldir", - deyə o qeyd edib.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 15 Oktyabr 2026, 21:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin