Göyçayda xüsusi amansızlıqla qəsdən öldürmədə təqsirləndirilən Xəyal Mənsimovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, onun məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə ibtidai istintaq mərhələsindəki ifadələri arasında ziddiyyətlər yaranıb.
Təqsirləndirilən şəxs məhkəmədə cinayəti törətmədiyini, hadisə yerində olarkən başqa bir şəxsin qətl törətdiyini gördüyünü iddia edib. Bununla belə, ibtidai istintaq zamanı verdiyi əvvəlki ifadələrində Asif Eminovu qisas məqsədilə özü öldürdüyünü bildirib.
İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə, Xəyal Mənsimov 2024-cü ilin iyul ayında “TikTok” sosial platformasında rəsmi nikahda olan bir qadınla tanış olub. Sonradan onların arasında sevgi münasibətləri yaranıb.
Təqsirləndirilən şəxs həmin qadının Göyçay rayonunda kəndlərin birində yaşadığını öyrəndikdən sonra onunla görüşmək məqsədilə həmin kəndə gedib. Qadının yaşadığı evin qarşısında əvvəllər müştəri kimi avtomobilinə əyləşdiyi və qiyabi tanıdığı Asif Eminovun idarə etdiyi “Mercedes-Benz” markalı maşını görüb.
Xəyal qadından avtomobilin sahibinin kim olduğunu soruşduqda, sonuncu ona Asif Eminovun keçmiş əri olduğunu, aralarında baş vermiş münaqişələr və döyülmə səbəbindən rəsmi şəkildə boşandıqlarını, hazırda ər-arvad münasibətlərinin olmadığını deyib. Həmçinin qadın Asif Eminovun yalnız himayəsində olan uşaqlarını görmək məqsədilə evə gəlib-getdiyini bildirib.
Qadının bu izahatı təqsirləndirilən şəxsdə Asif Eminova qarşı qısqanclıq hissi yaradıb. Bundan sonra o, qadına daha yaxın olmaq və onu mütəmadi görmək məqsədilə Bakı şəhərindən Göyçay rayonuna köçərək kirayədə yaşamağa başlayıb.
Hadisədən əvvəl qadının ondan ayrılmaq istədiyini bildirməsi və telefon zənglərinə cavab verməməsi Xəyalın onun yaşadığı evə getməsinə səbəb olub.
Hadisə günü axşam saat 20:30 radələrində təqsirləndirilən şəxs həmin kənddə qadının yaşadığı evə gedərək həyətin darvazasını sərt şəkildə döyüb və onu çağırıb.
Həmin vaxt qadın əri Asif Eminova mobil telefonla zəng edərək evin qapısını bir nəfərin döydüyünü bildirib. Asif idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yaşadığı ünvana gəlib.
Xəyalla Asif arasında darvazanın döyülməsinin səbəbi ilə bağlı mübahisə yaranıb.
Təqsirləndirilən şəxs vəziyyətdən çıxmaq üçün sərxoş olduğunu, ünvanı səhv saldığını və dostunun evinə getmək istədiyini deyib.
O, dostunun telefonla zəng edərək ünvanı səhv saldığını və onun evinə gəlmək istədiyini bildirib. Dostunun buna etiraz etməsindən sonra Xəyal Asifin idarə etdiyi avtomobilin ön sərnişin oturacağına əyləşib.
Avtomobil saat 20:45 radələrində Göyçay rayonunun Potu kəndində yerləşən, yerli sakinlər arasında “Milyonerlər Məhəlləsi” adlandırılan küçəyə çatıb. Təqsirləndirilən şəxs burada da dostuna zəng etsə də, onun yenidən etirazı ilə qarşılaşıb. Bu zaman Xəyalın qadına qarşı yaranmış qısqanclıq hissi və Asif Eminova qarşı qisas niyyəti daha da güclənib. O, üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq Asif Eminovu öldürmək qərarına gəlib.
İttihama görə, təqsirləndirilən şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını şalvarının bel hissəsindən çıxarıb və sağ əlində tutub. O, qadını nəzərdə tutaraq ona yaxınlaşan şəxslə bağlı hədələyici ifadələr işlədikdən sonra avtomobilin sürücü oturacağında əyləşən Asifin bədəninin həyat üçün vacib orqanlarına ardıcıl olaraq dörd bıçaq zərbəsi endirib.
Bıçaq zərbələri endirildikdən sonra Asif Eminov onu öldürməməsi üçün yalvarıb, aman diləyib. Lakin təqsirləndirilən şəxs cinayətkar niyyətini davam etdirərək müqavimət göstərən zərərçəkmişə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı əlavə bıçaq zərbələri vurub.
İti uclu və iti ülgüclü əşyanın təsirindən yaranan xəsarətlər daxili qanitirmə ilə nəticələnib və Asif Eminovun ölümünə səbəb olub.
İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirərək ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edib.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Xəyal Mənsimov məhkəməyədək icraat zamanı verdiyi ifadəni qismən təsdiqləsə də, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, məhkəmədə deyib ki, həmin qadınla “TikTok” sosial şəbəkəsində tanış olub və aralarında sevgi münasibətləri yaranıb. Hadisə günü saat 20:00 radələrində qadının yaşadığı evə gedərək qapını döyüb. Qadın atasının evdə olduğunu deyərək onun içəri daxil olmasına icazə verməyib.
Xəyal Mənsimovun sözlərinə görə, bundan sonra evdən 20-30 metr uzaqlaşıb. Həmin vaxt küçəyə bir avtomobil daxil olsa da, onun Asif Eminova məxsus olduğunu düşünməyib. Avtomobilin geri qayıtmadığını gördükdən sonra küçəyə tərəf dönüb və maşının yanında iki nəfərin olduğunu müşahidə edib.
O, qadının sağ tərəfdə dayandığını, sürücü tərəfdə isə başqa bir şəxsin olduğunu və avtomobilin qapısının açıq qaldığını bildirib. Təqsirləndirilən şəxsin iddiasına görə, qadının əlində bıçaq olub və o, nə baş verdiyini soruşduqda Asif Eminovu vurduğunu deyib.
Xəyal qeyd edib ki, qadın yanında olan şəxsi ona atası kimi təqdim etsə də, sonradan həmin şəxsin atası olmadığını öyrənib.
Təqsirləndirilən şəxs ifadəsində Asif Eminovun avtomobilin içərisində oturaq vəziyyətdə olduğunu, sol ayağının isə avtomobildən kənarda qaldığını bildirib. Onun sözlərinə görə, qadının əlindən bıçağı götürərkən əli kəsilib, daha sonra bıçağı özündə saxlayıb.
Xəyal qadının Asif Eminovu məcburiyyət səbəbindən öldürdüyünü dediyini, özünün isə həm sərxoş olduğunu, həm də qadınla münasibətlərini nəzərə alaraq onun narahat olmamasını və cinayəti öz üzərinə götürəcəyini söylədiyini iddia edib.
Təqsirləndirilən şəxs hadisə yerində olan digər şəxsə də heç nə görmədiklərini və bilmədiklərini deməsini təklif etdiyini vurğulayıb. Daha sonra tanışı İbrahim Əliyevə zəng edərək sərxoş olduğunu söylədiyini və ünvanı yanında olan şəxsə izah etməsini xahiş etdiyini qeyd edib.
Xəyalın sözlərinə görə, hadisə yerində olan şəxs avtomobili idarə edib və onlar “Milyonerlər Məhəlləsi” adlanan küçəyə gəliblər. Təqsirləndirilən şəxs avtomobildə Asif Eminovun yanında oturduğunu, mərhumun isə sükan arxasında qaldığını iddia edib. O, hadisə yerindən uzaqlaşmaqda məqsədinin cinayətin qadının yaşadığı evin qarşısında törədilmədiyini göstərmək və qətli öz üzərinə götürmək olduğunu bildirib.
Təqsirləndirilən şəxs daha sonra avtomobildən düşərək Asif Eminovun bədənindəki xəsarətlərə baxdığını, təxminən dörd-beş bıçaq izi və sinəsində iki kəsik gördüyünü deyib. O, bıçağı özündə saxladığını, əlindəki qanı yuduqdan sonra taksiyə minərək çayxanaya getdiyini bildirib.
İfadəsinə əsasən, çayxanada olarkən bir neçə nəfər onun əlindəki qanı görüb nə baş verdiyini soruşub. O, həmin şəxslərə adam vurduğunu və polisə xəbər verəcəyini deyib.
Xəyal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək cinayət törətdiyini bildirdiyini, daha sonra başqa ünvana gedərək yenidən polisə zəng etdiyini və əməkdaşların gəlməsini gözlədiyini söyləyib. Polis əməkdaşları gəldikdən sonra onun polis şöbəsinə və prokurorluğa aparıldığını qeyd edib.
O, ilkin ifadəsində Asif Eminovla aralarında mübahisə baş verdiyini və həmin səbəbdən onu öldürdüyünü desə də, məhkəmədə belə bir mübahisənin olmadığını iddia edib.
Məhkəmə istintaqı zamanı Xəyal Mənsimovun müxtəlif mərhələlərdə verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunaraq tədqiq edilib.
İş materiallarında göstərilib ki, təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə 2024-cü ilin dekabrında şübhəli şəxs və daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən Asif Eminovla aralarında ədavət olduğunu bildirib.
Həmin ifadələrində o, Asif Eminovun onu nalayiq ifadələrlə təhqir etdiyini, buna görə ondan qisas almaq məqsədilə Göyçay rayonuna gəldiyini söyləyib. Təqsirləndirilən şəxs əvvəlki ifadəsində hadisənin baş verdiyi küçənin yaxınlığında Asif Eminovla qarşılaşdığını və üzərində gəzdirdiyi bıçaqla onu öldürdüyünü etiraf edib.
Lakin ibtidai istintaqın sonrakı mərhələsində, 2025-ci ildə müdafiəçinin iştirakı ilə verdiyi başqa bir ifadəsində fərqli mövqe ortaya qoyub. Həmin ifadəsində Asif Eminovu qadının öldürdüyünü, özünün isə onun tutulmaması üçün cinayəti öz üzərinə götürdüyünü bildirib.
Məhkəmədə isə təqsirləndirilən şəxs qadının qətli törətdiyini, hadisə yerində olan digər şəxsin də bu hadisənin iştirakçısı ola biləcəyini iddia edib. O, qadının sonradan başqa şəxslərlə də sevgi münasibətlərinin olduğunu öyrəndiyini və aldadıldığını düşündüyü üçün törətmədiyi cinayəti öz üzərinə götürməkdən imtina etdiyini söyləyib.
Xəyal həmçinin qadının 2025-ci ilin müəyyən tarixində başqa bir məhkum vasitəsilə ona məktub göndərdiyini iddia edib. Onun sözlərinə görə, həmin məktubda narahat olmaması və onu xilas edəcəkləri bildirilib. Təqsirləndirilən şəxs məktubun paltar çantasındakı qara cins şalvarın arxa cibində qaldığını deyib.
O, ifadəsinin sonunda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Mənsimova 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Kamal Məmmədov
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
15 Oktyabr 17:47
15 Oktyabr 17:41
15 Oktyabr 17:41
15 Oktyabr 17:34
15 Oktyabr 17:31
15 Oktyabr 17:24
15 Oktyabr 17:19
15 Oktyabr 17:14
15 Oktyabr 17:09
15 Oktyabr 16:59
15 Oktyabr 16:53
15 Oktyabr 16:39
15 Oktyabr 16:22
15 Oktyabr 16:20
15 Oktyabr 16:17
15 Oktyabr 16:13
15 Oktyabr 16:09
15 Oktyabr 15:59
15 Oktyabr 15:57
15 Oktyabr 15:45
15 Oktyabr 15:40
15 Oktyabr 15:29
15 Oktyabr 15:27
15 Oktyabr 15:23
15 Oktyabr 15:15
15 Oktyabr 15:02
15 Oktyabr 14:59
15 Oktyabr 14:55
15 Oktyabr 14:52
15 Oktyabr 14:49
15 Oktyabr 14:44
15 Oktyabr 14:37
15 Oktyabr 14:20
15 Oktyabr 14:14
15 Oktyabr 14:12
15 Oktyabr 14:07
15 Oktyabr 14:02
15 Oktyabr 13:53
15 Oktyabr 13:47
15 Oktyabr 13:35
15 Oktyabr 13:32
15 Oktyabr 13:27
15 Oktyabr 13:19
15 Oktyabr 13:13
15 Oktyabr 13:10
15 Oktyabr 13:07
15 Oktyabr 13:03
15 Oktyabr 12:58
15 Oktyabr 12:55
15 Oktyabr 12:54
15 Oktyabr 12:49
15 Oktyabr 12:46
15 Oktyabr 12:44
15 Oktyabr 12:40
15 Oktyabr 12:39
15 Oktyabr 12:35
15 Oktyabr 12:31
15 Oktyabr 12:31
15 Oktyabr 12:29
15 Oktyabr 12:22
15 Oktyabr 12:20
15 Oktyabr 12:17
15 Oktyabr 12:15
15 Oktyabr 12:02
15 Oktyabr 12:01
15 Oktyabr 11:57
15 Oktyabr 11:47
15 Oktyabr 11:41
15 Oktyabr 11:33
15 Oktyabr 11:27
15 Oktyabr 11:22
15 Oktyabr 11:14
15 Oktyabr 11:12
15 Oktyabr 11:02
15 Oktyabr 10:59
15 Oktyabr 10:53
15 Oktyabr 10:44
15 Oktyabr 10:32
15 Oktyabr 10:27
15 Oktyabr 10:23
15 Oktyabr 10:21
15 Oktyabr 10:12
15 Oktyabr 10:07
15 Oktyabr 10:05
15 Oktyabr 09:49
15 Oktyabr 09:36
15 Oktyabr 09:10
15 Oktyabr 09:05
15 Oktyabr 09:04
15 Oktyabr 09:03
15 Oktyabr 08:57
15 Oktyabr 08:51
15 Oktyabr 08:49
15 Oktyabr 08:44
15 Oktyabr 08:43
15 Oktyabr 08:41
15 Oktyabr 08:36
15 Oktyabr 08:33
15 Oktyabr 08:30
15 Oktyabr 08:25
15 Oktyabr 07:59
15 Oktyabr 06:47
15 Oktyabr 06:44
15 Oktyabr 06:37
15 Oktyabr 06:30
15 Oktyabr 06:28
15 Oktyabr 06:25
15 Oktyabr 06:23
15 Oktyabr 06:21
14 Oktyabr 22:56
Ən son xəbərləri səhifəmizdən də izləyin