Şəki Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Qoca Yusifovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zәrәrçәkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.
İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə, Qoca Yusifov özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə hərəkət edərək 27 dekabr 2024-cü il tarixdə Qax şəhər sakini, zərərçəkmiş M.Allahverdiyevin mobil telefonuna zəng edib.
Təqsirləndirilən şəxs həmin vaxt istifadə etdiyi xarici mobil nömrə vasitəsilə zərərçəkmiş şəxslə əlaqə saxlayıb və özünü “Kapital Bank” ASC-nin mühafizə xidmətinin rəhbəri kimi təqdim edib. O, M.Allahverdiyevin bank kartlarına müdaxilə olunduğunu yalandan bildirərək mobil telefonuna göndərilən bildirişi təsdiqləməsini istəyib.
Zərərçəkmiş şəxs həmin bildirişi təsdiqlədikdən sonra Qoca onun bank kartlarının məxfi məlumatlarını əldə edib və informasiya texnologiyalarından istifadə edilməklə pul vəsaitlərini ələ keçirib.
Belə ki, o, M.Allahverdiyevə məxsus bank kartlarından birindən 6 700 manat, digərindən isə 1 400 manat olmaqla, ümumilikdə 8 100 manat pul vəsaitini gizli yolla talayıb. Həmin məbləğin təqsirləndirilən şəxsin istifadə etdiyi başqa bir bank kartına köçürüldüyü bildirilir.
İbtidai istintaq orqanı bu əməlləri informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talama və xeyli miqdarda ziyan vurmaqla oğurluq kimi qiymətləndirərək Qoca Yusifova Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürüb.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən vətəndaş ifadəsində bildirib ki, hadisə 27 dekabr 2024-cü il tarixdə, saat 16:00 radələrində işdə olduğu vaxt baş verib.
Onun sözlərinə görə, istifadə etdiyi mobil nömrəyə WhatsApp vasitəsilə tanımadığı, xarici nömrədən zəng gəlib. Zəngə cavab verən zaman qarşı tərəf özünü bankın mühafizə xidmətinin rəhbəri kimi təqdim edib.
Zəng edən şəxs M.Allahverdiyevə istifadə etdiyi bank kartına müdaxilə olunduğunu deyərək telefonuna gələn bildirişi təsdiqləməsini tapşırıb. Zərərçəkmiş şəxs həmin bildirişin mahiyyətini bilmədiyini, lakin qarşı tərəfin dediyinə əsasən onu təsdiqlədiyini bildirib.
Bundan sonra onun bank kartlarından birindən iki dəfə 500 manat, bir dəfə isə 400 manat olmaqla, ümumilikdə 1 400 manat pul çıxarılıb.
Zərərçəkmiş şəxs ifadəsində qeyd edib ki, kartından pul çıxarıldığını zəng edən şəxsə bildirdikdə, həmin şəxs ondan gözləməsini istəyib. Daha sonra telefon danışığı kəsilib. Zərərçəkmiş şəxs banka məlumat verdikdən sonra digər kart hesabını yoxlayarkən oradan da 6 700 manat pul vəsaitinin çıxarıldığını aşkar edib.
O, baş verən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Onun ifadəsinə əsasən, hər iki kart hesabından çıxarılan ümumilikdə 8 100 manat onun xəbəri və razılığı olmadan başqa bank kartına köçürülüb.
Zərərçəkmiş şəxs məhkəmədə Qoca Yusifovun ona dəymiş maddi ziyanı tam ödəmədiyini deyib və şikayətçi olduğunu qeyd edib.
Məhkəmə iclasında ifadə verən Qoca Yusifov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində iş axtardığını və bu məqsədlə “Telegram” tətbiqindən istifadə etdiyini bildirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt ona məxsus bank kartını onlayn şəkildə 100 manata satıb. Kartı alan şəxslə təxminən bir saat danışdıqdan sonra satış barədə razılığa gəlib.
Qoca Yusifov bildirib ki, kartı satdıqdan sonra hesabı geri qaytarmaq istəsə də, kartın bloklandığını görüb. Daha sonra hesaba daxil olduqda kart hesabına külli miqdarda pul vəsaitinin daxil olduğunu və oradan çıxarıldığını müşahidə edib.
O, əməliyyatların aparılmasında istifadə olunan mobil telefon nömrəsinin kimə məxsus olduğunu bilmədiyini, həmçinin bankın mobil tətbiqində özünə aid telefon nömrəsinin dəyişdirildiyini gördüyünü deyib. Təqsirləndirilən şəxs həmin mobil nömrədən və xarici nömrədən istifadə etmədiyini də deyib.
Qoca Yusifov ifadəsində dəymiş ziyanın tam ödənildiyini iddia edib. Bununla belə, o, özünü yalnız bank kartını satmaqda təqsirli bildiyini, digər hərəkətləri törətmədiyini ifadə edib.
Qax Rayon Məhkəməsi Qoca Yusifov barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Lakin zərərçəkmiş şəxs çıxarılmış hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Apellyasiya şikayətində M.Allahverdiyev birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş edib.
O, təqsirləndirilən şəxsin törətdiyi cinayət nəticəsində dəymiş maddi ziyanın məhkəmə tərəfindən tam həcmdə nəzərə alınmasını istəyib. Zərərçəkmiş şəxs, həmçinin maddi ziyanın tam ödənilmədiyini və tərəflər arasında barışıq sazişinin olmadığını əsas gətirərək Qoca Yusifovun Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Kamal Məmmədov
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
Ən son xəbərləri səhifəmizdən də izləyin