BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

 

Bu barədə nazirlik "X" hesabında paylaşım edib.

 

"Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və səmimi təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşür, bu faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.

 

Qeyd edək ki, Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 34 şagird və 1 müəllimə həlak olub.

Tarix: 16 Oktyabr 2026, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin