BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdaş, Bərdə və Yevlaxın bu ərazilərində işıq olmayacaq

Bu gün bir sıra rayon Elektrik Şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.

 

“Azərişıq” ASC-dən bildirilib ki, Ağdaşda 35 kV-luq "Pirkəkə" hava xəttində görüləcək təmir işləri zamanı Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Qobuüstü, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

 

Bərdənin Bəcirəvan, Hacallı, Xanağalı, Xanərəb, Xəsili kəndlərinin bəzi ərazilərində 35/6 kV-luq "Bəcirəvan" yarımstansiyasında həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

 

Yevlaxda 10 kV-luq hava xəttində yerinə yetiriləcək təmir işləri zamanı saat 10:00-dan 15:00-dək Qoyunbinəsi kəndində enerjinin verilişi məhdudlaşdırılacaq.

 

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, həmçinin artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Tarix: 16 Oktyabr 2026, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin