BURADA REKLAMINIZ OLA
BİLƏR

Zülfiyyə Xanbabayevadan ad günü paylaşımı - VİDEO

Bu gün Xalq artisti Zülfiyyə Xanbabayeva ad gününü qeyd edir.

 

Müğənni özəl günü münasibətilə sosial şəbəkədə maraqlı video paylaşıb. Sənətçi paylaşımında həyatın kiçik anlarının qədrini bilməyin, sevdiklərimizə vaxt ayırmağın və özümüz olmağın vacibliyindən söz açıb:

 

“Özünüzə, sevdiklərinizə vaxt ayırmağı unutmayın… Hərdən axşamlar fikrə gedirəm: niyə bu qədər tələsirik? Harasa qaçırıq, nəyisə çatdırmırıq, kiməsə nəyisə sübut etməyə çalışırıq. Amma həyat elə bu anlardır: sakitlikdə, səhər qəhvəsində, doğma bir insana səbəbsiz açılan zəngdə.

 

Çox vaxt dərindən nəfəs almağı unuduruq. Mükəmməl görünməyi, başqalarının gözləntilərini doğrultmağı özümüzə borc bilirik. Hərdən gün ərzində edə biləcəyiniz ən cəsarətli addım sadəcə bir anlıq dayanıb “stop” deməkdir. Özümə özüm olmaq haqqını verirəm”./Axşam.az

 

 

Tarix: 16 Oktyabr 2026, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin